12px13px15px17px
Tarix:07/06/11

Rəqibləri “Nokia”ya başağrısı olub

Çin şirkəti olan ZTE və hind korporasiyası Micromax ucuz mobil istehsalı “Nokia”nın mobil rabitə bazarındakı liderlik mövqeyini laxladıb.
Asiya istehsalçıları fin nəhəngi üçün əsl başağrısı olublar. Onlar tərəfindən buraxılan Android platforması əsasında mobil telefonlar büdcə modelləri seqmentində operatorlar və istehlakçılar arasında daha böyük məşhurluq qazanır. Smartfon bazarında “Nokia”nı “Apple”, “Research In Motion” və “Google” sıxışdırır.
Baza modellərinin seqmenti “Nokia” üçün ən gəlirli biznes kimi qalmışdır ki, indi də ənənəvi modellər təhlükə altındadır. "Cəmi 3 il əvvəl bazarda “Nokia”nın mövqeyi sarsılmaz görünürdü, ancaq ucuz mikrosxemlər və istehsalın artan həcmi
Asiya istehsalçılarına təcavüzkar qiymət siyasəti aparmağa və bazarda böyük payı ələ keçirməyə imkan verir," - CCS Insight analitiki Coff Bleyber belə hesab edir.
2009-cu ildən, dünya iqtisadiyyatı böhrandan sonra tədricən bərpa olunmağa başlayanda bazarda büdcə sinfinin mobil telefonlarına tələbatın artması hiss olunurdu. Bununla belə, baza modelləri seqmentində “Nokia”nın satışları artıq üç rübdür ki, ardıcıl azalır. 2011-ci ilin yanvarından martına kimi olan dövr ərzində “Nokia” 84,3 milyon adi mobil telefon satıb. Bu da 2010-cu ilin nəticəsindən 2% aşağıdır.



Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024