Tarix:26/12/14
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən yaradılmış "http://www.azerbaijan.travel" rəsmi milli turizm portalı son illər ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları (unique selling points), turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və ölkəmizin təbliğat vasitəsi rolunu oynayıb.
Hazırda 7 dildə fəaliyyət göstərən internet portala 2014-cü il ərzində Azərbaycan, Rusiya, Böyük Britaniya, Ukrayna, ABŞ və digər ölkələrdən təxminən 600.000 nəfər istifadəçi daxil olub.
Qeyd olunan dövr ərzində nazirliyin turizm üzrə "Facebook" səhifəsində ölkəmizin turizm potensialı haqqında məlumat və xəbərlər, habelə müvafiq şəkillər yerləşdirilib. Hal-hazırda nazirliyin turizm üzrə "Facebook" səhifəsi izləyicilərin sayına görə (like-lar üzrə) dövlət qurumları tərəfindən yaradılmış müvafiq səhifələr sırasında 4-cü yerdədir.
Bununla yanaşı, gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman və rus saytlarında müvafiq elektron banerlər yerləşdirilib, onlayn müsabiqələr keçirilib.
Cari il ərzində Azərbaycanın regionlarının turizm potensialı bloqqerlər tərəfindən də təbliğ olunub.
Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlıq etdiyi "Euronews", "CNN", "TV5Monde" və digər telekanalların rəsmi saytlarında Azərbaycanın turizm potensialının təbliği məqsədilə müvafiq banerlər yerləşdirilib.
CAHANGİR
Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliğatı genişləndirilib
Azərbaycanın turizm potensialı xarici ölkələrdə elektron vasitələrlə geniş təbliğ olunur.Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən yaradılmış "http://www.azerbaijan.travel" rəsmi milli turizm portalı son illər ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları (unique selling points), turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və ölkəmizin təbliğat vasitəsi rolunu oynayıb.
Hazırda 7 dildə fəaliyyət göstərən internet portala 2014-cü il ərzində Azərbaycan, Rusiya, Böyük Britaniya, Ukrayna, ABŞ və digər ölkələrdən təxminən 600.000 nəfər istifadəçi daxil olub.
Qeyd olunan dövr ərzində nazirliyin turizm üzrə "Facebook" səhifəsində ölkəmizin turizm potensialı haqqında məlumat və xəbərlər, habelə müvafiq şəkillər yerləşdirilib. Hal-hazırda nazirliyin turizm üzrə "Facebook" səhifəsi izləyicilərin sayına görə (like-lar üzrə) dövlət qurumları tərəfindən yaradılmış müvafiq səhifələr sırasında 4-cü yerdədir.
Bununla yanaşı, gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman və rus saytlarında müvafiq elektron banerlər yerləşdirilib, onlayn müsabiqələr keçirilib.
Cari il ərzində Azərbaycanın regionlarının turizm potensialı bloqqerlər tərəfindən də təbliğ olunub.
Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlıq etdiyi "Euronews", "CNN", "TV5Monde" və digər telekanalların rəsmi saytlarında Azərbaycanın turizm potensialının təbliği məqsədilə müvafiq banerlər yerləşdirilib.
CAHANGİR
Baxış sayı: 1403
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib