12px13px15px17px
Tarix:26/12/14

“Facebook”da hansı mobil operator daha populyardır?

 Mobil rabitədə lider olan “Azercell Telekom” sosial media sahəsində da öncüllüyünü qoruyub saxlayır. ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin oktyabr ayında ölkə  brendləri arasında məhz “Azercell” şirkətinin rəsmi “Facebook” səhifəsindən yayılan status ən populyar status olub.
 
“Azercell-dən 2 nəfərə 20 AZN hədiyyə!” başlıqlı status 5 minə yaxın nəfər tərəfindən bəyənilib, 2600-dən çox şərh yazılıb, 100-dən çox paylaşım olub. Ümumilikdə bu post 8 minə yaxın istifadəçini əhatə edib.
 
“Socialbakers”in statistikası göstərir ki, “Facebook”-da bütün göstəricilərə görə “Azercell” ölkədəki mobil operatorlar arasında  ilk yerdədir. Ümumiyyətlə, “Azercell” Azərbaycanda ən çox “Facebook” təqibçisi olan mobil operatordur.  “Azercell”-in hazırda 395 minə yaxın təqibçisi var və onların 90 faizi yerli istifadəçilərdir. Hər gün “Azercell” səhifəsinə 200 nəfərdən çox yeni təqibçi qoşulur. Səhifənin fanları arasında Türkiyə, Rusiya və digər ölkələrdən istifadəçilər  də var. Ümumiyyətlə, ölkə üzrə brendlərin siyahısında isə “Azercell” ikinci yerdə qərarlaşıb.
 
“Azercell Telekom”-un rəsmi “Facebook” səhifəsi bu şəbəkədə digər göstəricilərinə görə də liderdir. Belə ki, 2014-cü ilin III rübünün nəticələrinin əsasında “Azercell” tərəfindən səhifədə istifadəçilərin verdiyi sualların 99 faizi cavablandırılıb.
 
“Azercell Telekom”-un sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb.
İndiyədək “Azercell” dəfələrlə “Facebook”-dakı aktivliyinə görə “Socialbakers” tərəfindən “Socially devoted” sertifikatına layiq görülüb.
 
Onu da qeyd edək ki, regionda ilk dəfə olaraq məhz “Azercell” öz “Facebook” səhifəsində Onlayn Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Səhifədə, həmçinin, “Azercell”-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq, müxtəlif əyləncəli müsabiqələrdə iştirak edərək hədiyyələr qazanmaq mümkündür. 
 



Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024