Tarix:27/12/14
İnternet ticarətinin qlobal pərakəndə satışda payı artıq 6 faizə bərabərdir və 2018-ci ilədək onun 8,8 faizə çatacağı gözlənilir.
Bu bazarın 55 faizi və ya 1,3 trilyon dolları Çin və ABŞ-a məxsusdur. Bununla yanaşı, Çin ABŞ-da internet satışlarını xeyli üstələyir.
Çin internet mağazalarının sürətli inkişafı və yerli bazar nəhəngi “Alibaba” şirkətinin cari ilin sentyabrında fond birjasına çıxması ilə əlaqədar internet vasitəsilə pərakəndə satışın populyarlığı artmaqda davam edir.
Proqnozlara görə, 2018-ci ilədək Çinin qlobal internet satışlarında payı 1 trilyon dollar və ya 40 faiz təşkil edəcək. Çində bütün satışların 10 faizi internetdə həyata keçirildiyi halda vətəndaşların 27 faizi alış-verişi onlayn məkanda etdiyini bildirib. Bu isə o deməkdir ki, ölkədə elektron ticarət göstəricisi onlayn xidmətlərin yayılması sayəsində deyil, internet alıcılarının ənənəvi mağazalardan getdikcə daha az alış-veriş etməsinə görə artır.
ABŞ 2018-ci ildə 500 milyard dollarlıq həcmlə pərakəndə elektron ticarət bazarının böyüklüyünə görə ikinci yerini qoruyacaq. Üçüncü yerə internet bazarı ABŞ göstəricisinin 25 faizini təşkil edəcək Böyük Britaniya sahib çıxacaq. Ölkə əhalisinin 73 faizi internetdə alış-veriş edir, - "Payspace” yazır.
Çin elektron ticarətin həcminə görə ABŞ-ı geridə qoyacaq
“eMarketer” şirkətinin tədqiqatına əsasən, dünya onlayn və oflayn ticarət bazarının həcmi bu il 22 trilyon dollara çatacaq.İnternet ticarətinin qlobal pərakəndə satışda payı artıq 6 faizə bərabərdir və 2018-ci ilədək onun 8,8 faizə çatacağı gözlənilir.
Bu bazarın 55 faizi və ya 1,3 trilyon dolları Çin və ABŞ-a məxsusdur. Bununla yanaşı, Çin ABŞ-da internet satışlarını xeyli üstələyir.
Çin internet mağazalarının sürətli inkişafı və yerli bazar nəhəngi “Alibaba” şirkətinin cari ilin sentyabrında fond birjasına çıxması ilə əlaqədar internet vasitəsilə pərakəndə satışın populyarlığı artmaqda davam edir.
Proqnozlara görə, 2018-ci ilədək Çinin qlobal internet satışlarında payı 1 trilyon dollar və ya 40 faiz təşkil edəcək. Çində bütün satışların 10 faizi internetdə həyata keçirildiyi halda vətəndaşların 27 faizi alış-verişi onlayn məkanda etdiyini bildirib. Bu isə o deməkdir ki, ölkədə elektron ticarət göstəricisi onlayn xidmətlərin yayılması sayəsində deyil, internet alıcılarının ənənəvi mağazalardan getdikcə daha az alış-veriş etməsinə görə artır.
ABŞ 2018-ci ildə 500 milyard dollarlıq həcmlə pərakəndə elektron ticarət bazarının böyüklüyünə görə ikinci yerini qoruyacaq. Üçüncü yerə internet bazarı ABŞ göstəricisinin 25 faizini təşkil edəcək Böyük Britaniya sahib çıxacaq. Ölkə əhalisinin 73 faizi internetdə alış-veriş edir, - "Payspace” yazır.
Baxış sayı: 820
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır