12px13px15px17px
Tarix:27/12/14

Hindistan məhkəməsi Çin smartfonunun satışına qoyulan qadağanı ləğv edib

Dehli Ali Məhkəməsi Çinin "OnePlus" şirkətinin istehsalı olan "CyanogenMod" mobil əməliyyat sistemli "OnePlus One" smartfonunun Hindistan ərazisində satışını qadağan edən qərarı ləğv edib. İndi şirkət smartfonu Hindistana idxal edərək işlə bağlı son qərar verilənədək sata bilər.  
 
"CyanogenMod" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən "OnePlus One"-nın satışına tətbiq edilən məhkəmə qərarı bu əməliyyat sistemindən yeni "Yu" seriyalı smartfonlarda istifadə üçün eksklüziv hüquqa malik yerli "Micromax" istehsalçısının iddiası əsasında çıxarılıb.
 
"OnePlus" təsisçisi Karl Pey o zaman məhkəmədə bildirib ki, "Micromax" və "Cyanogen" arasında sazişin olması barədə "OnePlus One"-nın Hindistan bazarına satışa çıxarılmazdan bir neçə gün əvvəl xəbər tutub. Onun sözlərinə görə, şirkət hazırda "OnePlus One" smartfonlarında "CyanogenMod"u əvəz edəcək "Android" sistemli interfeys proqram hazırlayır.  
 
Hakim "OnePlus One"-nın Hindistan ərazisində satışının qadağan olunmasını bu smartfonun bazarın digər seqmentinə yönələn "Micromax Yu" ilə rəqabət apara bilməməsinə görə dayandırıb. İnternet mağazasında satılan "Yu" modelinin qiyməti 142 dollar təşkil edir. "OnePlus One" isə Hindistanda 347 dollara təklif olunur.
 
Dehli Ali Məhkəməsi işə yenidən baxmaq niyyətindədir. "OnePlus" və "Cyanogen" şirkətləri iki həftə ərzində proseslə bağlı öz mövqeyini ifadə edən yazılı müraciət hazırlamalıdırlar. Məhkəmənin növbəti iclasının yanvarın 7-də keçiriləcəyi gözlənilir, - "3DNews" yazır.  



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024