Tarix:29/12/14
“Toshiba” prezidenti Hisao Tanakanın jurnalistlərə bildirdiyinə görə, yeni müəssisənin inşa olunacağı yer şirkət üçün 2015-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində müəyyənləşəcək. Şirkət rəhbərinin sözlərinə görə, “Toshiba” zavodun xarici dövlətlərin ərazisində inşası məsələsini müzakirə edəcək.
H.Tanaka qeyd edib ki, artıq "Samsung” və “SK Hynix” şirkətlərinin Çində zavodları fəaliyyət göstərir. Lakin o, jurnalistin zavodun Çində açılması ilə bağlı sualına “Samsung”un ABŞ-da da zavodunun olması cavabını verib. Yaponiya istehsalçısının prezidenti şirkətin seçimi yerli bazarda da edə biləcəyini istisna etməyib.
2014-cü ilin sentyabrında “Toshiba” Yaponiyanın Yokkaiti şəhərində fləş-yaddaş mikrosxemləri istehsalı üzrə zavod açıb. Layihəyə yatırılan investisiyaların məbləği 400 milyard yen (3,3 milyard dollar) məbləğində qiymətləndirilir. 2017-ci ildə istismara verilməsi planlaşdırılan yeni istehsal obyektinə qoyulacaq investisiyaların məbləği hələ ki naməlumdur.
H.Tanaka vurğulayıb ki, yaddaş çiplərinə tələbatın "Toshiba”-nın istehsal imkanlarını üstələməsinə görə şirkət onları artırmaq məcburiyyətindədir. Cari maliyyə ilinin yekunları üzrə istehsalçı yarımkeçiricilər biznesinə 200 milyard yen (1,66 milyard dollar) yatırmaq niyyətindədir, - "3DNews” yazır.
Yaponiya şirkəti xaricdə çip istehsalı üzrə zavod tikmək niyyətindədir
Yaponiyanın “Toshiba” şirkəti ölkə xaricində çip istehsalı üzrə zavod inşa etmək niyyətindədir.“Toshiba” prezidenti Hisao Tanakanın jurnalistlərə bildirdiyinə görə, yeni müəssisənin inşa olunacağı yer şirkət üçün 2015-ci ilin aprelində başlayacaq növbəti maliyyə ilində müəyyənləşəcək. Şirkət rəhbərinin sözlərinə görə, “Toshiba” zavodun xarici dövlətlərin ərazisində inşası məsələsini müzakirə edəcək.
H.Tanaka qeyd edib ki, artıq "Samsung” və “SK Hynix” şirkətlərinin Çində zavodları fəaliyyət göstərir. Lakin o, jurnalistin zavodun Çində açılması ilə bağlı sualına “Samsung”un ABŞ-da da zavodunun olması cavabını verib. Yaponiya istehsalçısının prezidenti şirkətin seçimi yerli bazarda da edə biləcəyini istisna etməyib.
2014-cü ilin sentyabrında “Toshiba” Yaponiyanın Yokkaiti şəhərində fləş-yaddaş mikrosxemləri istehsalı üzrə zavod açıb. Layihəyə yatırılan investisiyaların məbləği 400 milyard yen (3,3 milyard dollar) məbləğində qiymətləndirilir. 2017-ci ildə istismara verilməsi planlaşdırılan yeni istehsal obyektinə qoyulacaq investisiyaların məbləği hələ ki naməlumdur.
H.Tanaka vurğulayıb ki, yaddaş çiplərinə tələbatın "Toshiba”-nın istehsal imkanlarını üstələməsinə görə şirkət onları artırmaq məcburiyyətindədir. Cari maliyyə ilinin yekunları üzrə istehsalçı yarımkeçiricilər biznesinə 200 milyard yen (1,66 milyard dollar) yatırmaq niyyətindədir, - "3DNews” yazır.
Baxış sayı: 641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır