12px13px15px17px
Tarix:29/12/14

Çində “Gmail” poçt xidməti bloklanıb

“Reuters” agentliyi “GreatFire.org” hüquq müdafiə təşkilatına istinadən yazır ki, Çin hakimiyyəti ölkə ərazisində “Google” korporasiyasının “Gmail” poçt xidmətini bloklayıb.
 
"Mən düşünürəm ki, hökumət, sadəcə, Çində “Google” şirkətinin fəaliyyətini ləğv etmək üzrə işə davam edir" – “GreatFire.org”un nümayəndəsi deyib.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, onun fikrincə, belə addım istifadəçiləri başqa əlçatan poçt xidmətlərinə keçməyə məcbur edir. Çin hakimiyyəti də məhz bunu istəyir.
 
Bundan əvvəl Çində “Instagram” sosial şəbəkəsinə giriş bloklanıb. Həmçinin hökumət dövlət idarələrində “Windows 8” əməliyyat sistemindən istifadəyə qadağa qoyub və daima “Microsoft”un  ofislərində axtarış keçirir.
 
Emil Hüseynov



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024