Tarix:29/12/14
“Yahoo!” internet şirkəti gələn il daşınan və digər mobil qurğular bazarına çıxa bilməsini istisna etmir. Bu barədə “Financial Times” nəşri şirkətin mobil bölməsinin baş vitse-prezidenti Adam Kaqana istinadən məlumat verib.
Onun sözlərinə görə, “Apple Watch” “ağıllı” saatı kimi daşınan qurğular şirkətə növbəti ildə böyük imkanlar verəcək. Bundan başqa, şirkət adi məişət cihazlarının mobil qurğular vasitəsilə idarə olunması üçün internetə qoşulduğu “Əşyaların interneti” sahəsində məhsulların hazırlanması ilə məşğul olmağı planlaşdırır.
Hazırda “Yahoo!” "Apple Watch” üçün 2015-ci ildə buraxılacaq “Yahoo News Digest” xəbərlər əlavəsinin versiyasının hazırlanmasında fəal iştirak edir.
Məlumat üçün bildirək ki, “Yahoo Search” axtarış sistemi və onunla əlaqədar məhsulları (Yahoo Directory, Yahoo Mail, Yahoo News, Yahoo Finance və s.) ilə tanınan “Yahoo!” ABŞ texnoloji şirkətidir. Şirkət həmçinin Çinin internet nəhəngi “Alibaba” onlayn satış mağazasının səhmlərinin 24 faizinə sahibdir. Kapitallaşma dəyəri 37,5 milyard dollar qiymətləndirilən “Yahoo!”-nun səhmləri Nyu-York Fond Birjasında hərraca çıxarılır, - “TASS www.itar-tass.com” yazır.
İnternet şirkəti “Apple Watch” saatının rəqibini yarada bilər

Baxış sayı: 891
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib