12px13px15px17px
Tarix:29/12/14

Lənkəranda “MilliÖN”-ün daha bir regional xidmət mərkəzi açılıb

“Komtec” şirkəti (“MilliÖN” ticarət nişanı) xidmət keyfiyyətini yaxşılaşdırmaq, filialların sayını artırmaq məqsədi ilə Lənkəranda ikinci regional xidmət mərkəzini istifadəyə verib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Lənkəran sakinləri  “MilliÖN”-ün təklif etdiyi bütün xidmətlərdən - kommunal xidmətlərin ödənilməsi, mobil və stasionar rabitə, internet və kabel TV, aparıcı bankların və qeyri-bank kredit təşkilatlarının kreditlərinin ödənilməsi və s. istifadə edə bilərlər.

Yeni ofisdə xidmət "bir pəncərə" sisteminə uyğun olaraq həyata keçirilir. Bu da müştərilərə tez bir zamanda lazımi əməliyyatları həyata keçirmək üçün imkan verir.

“MilliÖN” “Komtec LTD” MMC-nin ticarət nişanı sayılır.
 
Şəbəkənin əsas məqsədi dərhal, rahat və yüksək keyfiyyətli ictimai xidmətlərin platformasının yaradılmasıdır.

“MilliÖN” vasitəsilə vətəndaşlar mobil və sabit telefon şəbəkəsi üzrə, kommunal ödənişlər, internet və kabel TV və bank xidmətlərinin ödənişlərini ödəyə bilərlər.
“MilliÖN” ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında, Bakı şəhərinin dəmiryol stansiyalarında və digər Azərbaycan şəhərlərində yerləşir.
 
Qeyd edək ki, şirkətin ilk regional xidmət mərkəzi bu ilin fevral ayında Gəncə şəhərində istifadəyə  verilib.


Aynur Vəliyeva
 



Baxış sayı: 1183

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024