12px13px15px17px
Tarix:30/12/14

“Apple” şirkəti 2015-ci ildə Avropada ödəmə sistemini işə salacaq

“The Telegraph” qəzeti yazır ki, “Apple” şirkəti artıq 2015-ci ilin birinci yarısında Avropada “Apple Pay” ödəmə sistemini işə salmağa hazırlaşır. Hazırda “alma” şirkəti Böyük Britaniya bankları ilə danışıqlar aparır.
 
Sentyabrın əvvəlində elan edilmiş “Apple Pay” mobil ödəmə sistemi oktyabrın 20-dən etibarən yalnız ABŞ-da işləməyə başlayıb. Qeyri-rəsmi məlumatlara görə, xidmət Avstraliya və Kanadanın bəzi mağazalarında da əlçatandır.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “The Telegraph” nəşrinin məlumatına görə, Britaniyanın aparıcı bankları “Apple Pay” xidmətinin ölkənin böyük ticarət şəbəkələrində işə salınması ilə əlaqədar ABŞ şirkəti ilə danışıqlar aparır. “Apple” ilə əməkdaşlıq etməyi planlaşdıran bankların adı isə açıqlanmır.
“ITG” analitik şirkətinin məlumatına görə, noyabrın 1-də bütün elektron ödənişlərin 1 faizi “Apple Pay” ödəmə sisteminin payına düşüb. “Google Wallet” xidmətinin payı 4 faiz təşkil edib, ancaq bu xidmət 2011-ci ildən əlçatandır.
 
“Apple Pay” ödəmə sistemi iki üsulla işləyir: ya smartfonu ticarət nöqtələrində xüsusi terminala yaxınlaşdırmaqla “NFC” texnologiyasının köməyi ilə, ya da “Apple Pay” elektron pul cüzdanının tətbiqi vasitəsilə alış-veriş etmək mümkündür. Birinci seçim yalnız “iPhone 6” və ya “iPhone 6 Plus” sahibləri üçün əlçatandır, elektron pul cüzdanı isə “iPad Air 2” və “iPad mini 3” planşetlərində işləyir.
 
“Touch ID” barmaq izinin skanerinin köməyi ilə ödənişlər avtorizasiya olunur. Şirkət 100 dollara 15 sent, ya da alış məbləğinin 0.15 faizi dəyərində komissiya haqqı tutur.
 
Emil Hüseynov
 




Baxış sayı: 873

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024