Tarix:05/01/15
“Gartner” analitik şirkətinin məlumatına görə, “feature phone” adlanan telefonların dünya mobil telefon tədarükündə payı 2014-cü ilin üçüncü rübündə 34 faizədək azalıb və gözlənildiyinə görə, azalmaqda davam edəcək. Proqnozlara əsasən, 2018-ci ilədək onların payı 10 faizədək aşağı düşəcək.
“DigiTimes” nəşrinin məlumatına görə, mütəxəssislər mobil telefon istifadəçilərinin smartfonlara keçidinin başlıca səbəbi kimi onların qiymətləri arasında fərqin azalmasını qeyd edirlər.
Qiyməti 50-100 dollar arasında dəyişən “Android One”, “Firefox OS” və “Tizen” əməliyyat sistemli qurğuların istehsal həcminin artması da “Microsoft” korporasiyasının mobil bölməsinin adi mobil telefonların buraxılışından imtina etməsinə səbəb olub.
“Firefox OS” sisteminin tərtibatçısı “Mozilla” şirkəti Çinin “TCL”, “ZTE”, “Huawei” və “Spreadtrum Communications” şirkətləri ilə “Firefox” sistemli smartfonlar üçün tədarük kanalının yaradılması məqsədilə birləşib. “Firefox” sistemli 14 smartfon modeli artıq dünyanın 30 ölkəsində təklif olunur. Hindistan və Filippində satışda olan bəzi modellərin qiyməti 30 dollardan aşağıdır.
“Google” da “Micromax”, “Karbonn” və “Spice” şirkətləri ilə birlikdə Hindistanda "Android One” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların satışı ilə məşğuldur. Eyni zamanda, “Google” çip istehsalçıları “Qualcomm” və “MediaTek”, eləcə də “HTC”, “Asustek Computer”, “Acer” və “Lenovo” smartfon istehsalçıları ilə birlikdə 2015-ci ilin birinci yarısında satışa çıxarılacaq "Android One” sistemli mobil qurğular hazırlamaq məqsədilə əməkdaşlıq qurur.
Bundan əlavə, 2015-ci ilin əvvəlində “Samsung” şirkətinin “Tizen” sistemli ilk smartfonunun istehsalına başlanılacaq. Ekspertlərin qiymətləndirməsinə görə, “Z1” adlanan qurğu 4 düymlü ekran, 1,2 giqahers takt tezlikli ikinüvəli prosessorla təchiz edilməklə qiyməti 100 dollardan az olacaq, - "Hi-News” yazır.
2015-ci ildə yeni əməliyyat sistemli smartfonların satışı artacaq
Bu il “Android One”, “Firefox OS” və “Tizen” kimi bu yaxınlarda buraxılan əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların satış həcminin xeyli artacağı gözlənilir. Analitiklərin proqnozlarına görə, buna Yeni ildə köhnəlmiş telefonlarını əvəzləmək istəyən istifadəçilər zəmin yaradacaq.“Gartner” analitik şirkətinin məlumatına görə, “feature phone” adlanan telefonların dünya mobil telefon tədarükündə payı 2014-cü ilin üçüncü rübündə 34 faizədək azalıb və gözlənildiyinə görə, azalmaqda davam edəcək. Proqnozlara əsasən, 2018-ci ilədək onların payı 10 faizədək aşağı düşəcək.
“DigiTimes” nəşrinin məlumatına görə, mütəxəssislər mobil telefon istifadəçilərinin smartfonlara keçidinin başlıca səbəbi kimi onların qiymətləri arasında fərqin azalmasını qeyd edirlər.
Qiyməti 50-100 dollar arasında dəyişən “Android One”, “Firefox OS” və “Tizen” əməliyyat sistemli qurğuların istehsal həcminin artması da “Microsoft” korporasiyasının mobil bölməsinin adi mobil telefonların buraxılışından imtina etməsinə səbəb olub.
“Firefox OS” sisteminin tərtibatçısı “Mozilla” şirkəti Çinin “TCL”, “ZTE”, “Huawei” və “Spreadtrum Communications” şirkətləri ilə “Firefox” sistemli smartfonlar üçün tədarük kanalının yaradılması məqsədilə birləşib. “Firefox” sistemli 14 smartfon modeli artıq dünyanın 30 ölkəsində təklif olunur. Hindistan və Filippində satışda olan bəzi modellərin qiyməti 30 dollardan aşağıdır.
“Google” da “Micromax”, “Karbonn” və “Spice” şirkətləri ilə birlikdə Hindistanda "Android One” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların satışı ilə məşğuldur. Eyni zamanda, “Google” çip istehsalçıları “Qualcomm” və “MediaTek”, eləcə də “HTC”, “Asustek Computer”, “Acer” və “Lenovo” smartfon istehsalçıları ilə birlikdə 2015-ci ilin birinci yarısında satışa çıxarılacaq "Android One” sistemli mobil qurğular hazırlamaq məqsədilə əməkdaşlıq qurur.
Bundan əlavə, 2015-ci ilin əvvəlində “Samsung” şirkətinin “Tizen” sistemli ilk smartfonunun istehsalına başlanılacaq. Ekspertlərin qiymətləndirməsinə görə, “Z1” adlanan qurğu 4 düymlü ekran, 1,2 giqahers takt tezlikli ikinüvəli prosessorla təchiz edilməklə qiyməti 100 dollardan az olacaq, - "Hi-News” yazır.
Baxış sayı: 807
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır