Tarix:06/01/15
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) tərəfindən təşkil edilmiş seminarda ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim iştirak edib. Mövzu ilə bağlı çıxış edən CASCFEN-in sədri Azər Həsrət iştirakçılara virtual müstəvidə davranışın “10 qızıl qaydası” haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb:
“Artıq ölkəmizdə yeni texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə bu texnologiyalardan istifadə edir. İstər ölkə Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol istifadə edir. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar belə azad mühitdən sui-istifadə edir, başqalarının könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol verirlər. Elə buna görə də biz, “Onlayn etika – netiket” proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri arasında tətbiqində maraqlıyıq”.
CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir:
“Bəzən görürük ki, müəllimlər, şagirdlər arasında elə insanlar olur ki, onlar özləri də bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə insanların əhvalına mənfi təsir edən hallara yol verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu hallar baş verməz”.
Daha sonra seminar sual-cavab, müzakirə və iştirakçıların çıxışları ilə davam edib. Tədbir iştirakçılarına CASCFEN-in Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə çap etdirdiyi “Virtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb. Tədbir iştirakçıları belə seminarların məktəblərdə təşkilində maraqlı olduqlarını bildirib, CASCFEN sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük həvəslə buna hazır olduğunu deyib.
Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.
Həqiqət İSABALAYEVA
“Onlayn etika – netiket” proqramı çərçivəsində “Virtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda seminar keçirilib
Təhsil Problemləri İnstitutunda (TPİ) “Onlayn etika – netiket” proqramı çərçivəsində “Virtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda seminar keçirilib.Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) tərəfindən təşkil edilmiş seminarda ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim iştirak edib. Mövzu ilə bağlı çıxış edən CASCFEN-in sədri Azər Həsrət iştirakçılara virtual müstəvidə davranışın “10 qızıl qaydası” haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb:
“Artıq ölkəmizdə yeni texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə bu texnologiyalardan istifadə edir. İstər ölkə Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol istifadə edir. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar belə azad mühitdən sui-istifadə edir, başqalarının könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol verirlər. Elə buna görə də biz, “Onlayn etika – netiket” proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri arasında tətbiqində maraqlıyıq”.
CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir:
“Bəzən görürük ki, müəllimlər, şagirdlər arasında elə insanlar olur ki, onlar özləri də bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə insanların əhvalına mənfi təsir edən hallara yol verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu hallar baş verməz”.
Daha sonra seminar sual-cavab, müzakirə və iştirakçıların çıxışları ilə davam edib. Tədbir iştirakçılarına CASCFEN-in Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə çap etdirdiyi “Virtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb. Tədbir iştirakçıları belə seminarların məktəblərdə təşkilində maraqlı olduqlarını bildirib, CASCFEN sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük həvəslə buna hazır olduğunu deyib.
Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib