Tarix:06/01/15
İstehsalçı Las-Veqasda keçirilən “CES” sərgisində “4K” təsvir ölçüsünə malik və “OLED” texnologiyalarına əsaslanan bir neçə televizor nümayiş etdirib. Bildirilir ki, bu texnologiyalar rəqiblərlə müqayisədə daha rəngarəng və əlavə təsvirə malikdir.
“LG” müxtəlif diaqonallı bir neçə model, eləcə də bükük və düz ekranlı televizorların versiyalarını təqdim edib. Qurğuların diaqonalı 55-77 düym arasında dəyişir. Bundan başqa, onlar müxtəlif dizaynlı istehsal xəttinə aiddir. İstehsal xətlərindən biri “Art Slim” adlanır.
Bundan əlavə, şirkət diqqəti yeni “OLED” televizorlara quraşdırılan akustik sistemə yönəldəcək. Qeyd olunur ki, akustika “Harman/Kardon” şirkəti ilə birlikdə hazırlanıb və yüksək səs keyfiyyətinə malikdir.
Televizorların qiyməti barədə məlumat verilməsə də, onların 10-15 min dollar arasında olması gözlənilir.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - "Hi-News” yazır.
Koreya şirkəti “OLED” displeyli televizorları inkişaf etdirir
Kvant piksellər texnologiyasının inkişafına baxmayaraq Cənubi Koreyanın “LG” şirkəti “OLED” (üzvi işıq diodlu) displeyli televizorları inkişaf etdirməkdə davam etdirir.İstehsalçı Las-Veqasda keçirilən “CES” sərgisində “4K” təsvir ölçüsünə malik və “OLED” texnologiyalarına əsaslanan bir neçə televizor nümayiş etdirib. Bildirilir ki, bu texnologiyalar rəqiblərlə müqayisədə daha rəngarəng və əlavə təsvirə malikdir.
“LG” müxtəlif diaqonallı bir neçə model, eləcə də bükük və düz ekranlı televizorların versiyalarını təqdim edib. Qurğuların diaqonalı 55-77 düym arasında dəyişir. Bundan başqa, onlar müxtəlif dizaynlı istehsal xəttinə aiddir. İstehsal xətlərindən biri “Art Slim” adlanır.
Bundan əlavə, şirkət diqqəti yeni “OLED” televizorlara quraşdırılan akustik sistemə yönəldəcək. Qeyd olunur ki, akustika “Harman/Kardon” şirkəti ilə birlikdə hazırlanıb və yüksək səs keyfiyyətinə malikdir.
Televizorların qiyməti barədə məlumat verilməsə də, onların 10-15 min dollar arasında olması gözlənilir.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - "Hi-News” yazır.
Baxış sayı: 834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır