12px13px15px17px
Tarix:06/01/15

Naxçıvan MR ərazisində işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Naxçıvan Muxtar Respublikasının  Rabitə və Yeni Texnologiyalar Nazirliyi daha bir birgə layihə həyata keçirib.

Mərkəzdən verilən məlumata görə,  Naxçıvan MR ərazisində işləyən CDMA (simsiz) telefonlardan CDMA telefonlara, ölkə daxilindəki və xaricdəki mobil telefonlara SMS göndərilməsi xidməti istifadəyə verilib.

Artıq Naxçıvan MR ərazisində işləyən CDMA telefon abunəçiləri ölkə daxilində CDMA telefonlara, ölkə daxilindəki və xaricdəki mobil telefonlara SMS göndərə biləcəklər. Qəbul edilmiş tariflərə əsasən “Naxtel” CDMA mərkəzindən daxili CDMA şəbəkəsinə göndərilən hər bir SMS-in qiyməti 2 qəpik, ölkə daxilindəki mobil telefonlara göndərilən hər bir SMS-in qiyməti 3 qəpik, beynəlxalq istiqamətlərə göndərilən hər bir SMS-in qiyməti isə 5 qəpik müəyyən edilib.

Göndərilən SMS-lər üzrə qeydiyyat məlumatları hər gün daxili şəbəkə ilə Məlumat Hesablama Mərkəzinin serverlərinə ötürülür və həmin gün emal olunur. Beləliklə, abunəçilər göndərdikləri SMS-lərin xidmət haqlarını növbəti gün bütün poçt şöbələrində və internet vasitəsilə ödəyə bilirlər.

Bununla da, respublikada ilk dəfə Naxçıvan MR-də CDMA telefon abunəçiləri SMS göndərmək və qəbul etmək xidmətindən faydalana biləcəklər.

CAHANGİR
 



Baxış sayı: 864

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024