12px13px15px17px
Tarix:03/09/11

“Microsoft” şirkəti istifadəçi məlumatlarını serverlərdə saxlayır

“TGDaily” resursu xəbər verib ki, Vaşinqton dairə məhkəməsinə “Microsoft” şirkəti ilə bağlı şikayət verilib. Şirkəti “Windows Phone 7” əsasında olan qurğu sahiblərinin yeri haqqında qeyri-qanuni məlumat toplamaqda ittiham edirlər. Əgər istifadəçilər sazlamalarda müvafiq seçimi deaktiv etsələr belə şirkət öz serverlərində geolokasiya məlumatlarını saxlayır.
Şikayət “Windows Phone 7” mobil əməliyyat sistemi ilə işləyən bütün smartfonlara aiddir. İttihamda qeyd edilib ki, istehsalçı qəsdən öz platformasında “GPS” modullardan alınan məlumatların saxlanılmasını nəzərdə tutub.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl “Apple” və “Google” şirkətləri analoji ittihamlarla rastlaşıblar.



Baxış sayı: 2144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024