12px13px15px17px
Tarix:06/01/15

Xəzərin neft-qaz layihələrində ekoloji problemlərin həlli üçün intellektual informasiya texnologiyalarından istifadə imkanları təklif edilir

Xəzərin neft-qaz layihələrində ekoloji problemlərin həlli üçün intellektual informasiya texnologiyalarından istifadə imkanları araşdırılıb.

Belə ki, dünya offşor təcrübəsində ilk dəfə olaraq Azərbaycan alimləri tərəfindən Xəzər regionunun aktual problemlərindən olan Kontrakt Sahənin ətraf mühitinə daxili və xarici ekoloji təsirlərin ayrılmasının həlli təklif edilib.
 
Bu barədə məlumat verən AMEA İdarəetmə Sistemləri İnstitutundan (İSİ) bildirilib ki, İSİ-də 12 saylı laboratoriyanın rəhbəri R.Ə.Qarayev, laboratoriya əməkdaşları N.Y. Sadıqova və X.F. İmamverdiyevanın “Current World Environment” (Thomson ISİ) jurnalında məqaləsi dərc olunub.
 
Məqalə “Knowledge-Based System for Environmental Monitoring of Contract Areas in the Caspian Sea” adlanır. Məqalədə Kontrakt Sahə operatorunun antropogen təsirinin və xarici çirklənmə mənbələrinin təsirinin diferensasiyası məsələsinin qoyuluşu və həll üsulu təklif olunur.
 
Xarici mənbələr qonşu neft-qaz işləmələri, munisipal, sənaye və kənd təsərrüfatı tullantıları, palçıq vulkanları, dampinqlər ola bilər. Məsələ SSRİ-nin dağılması, Xəzər şelfində neft-qazçıxarma miqyasının böyüməsi, Xəzər dənizinin qapalı olması, regionda mürəkkəb geopolitik şəraitin olması ilə əlaqədar olaraq son dərəcə aktualdır. Dünya offşor təcrübəsində məsələnin analoqu yoxdur.  
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1058

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024