12px13px15px17px
Tarix:07/01/15

“Google” internet üzərindən musiqi yayımı xidmətini işə salıb

“Google” şirkətinin bloqunda dərc edilmiş məlumata əsasən, internet şirkəti istifadəçi tərəfindən seçilmiş musiqiləri internetə qoşulmuş kolonkalardan səsləndirməyə imkan verəcək “Google Cast” xidmətini işə salıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google Cast” xidməti musiqiləri internetə qoşulmuş kolonka və mediapleyerlərdən səsləndirməyə icazə verəcək. Musiqiləri səsləndirmək üçün bu texnologiyanı dəstəkləyən “Android” və “iOS” platforması ilə işləyən qurğular istifadə oluna bilər. Yüksək keyfiyyət və mobil qurğunun batareyasının qənaəti üçün musiqilər “Google”un “bulud” xidmətindən səsləndirilir.


Hazırda bu texnologiyanı “Deezer”, “Google Play Music”, “iHeartRadio”, “NPR One”, “Pandora, Rdio”, “TuneIn” və başqa xidmətlər dəstəkləyir. Gələcəkdə dəstəklənən qurğuların sırasına “Android” platforması ilə işləyən televizorlar və oyun konsolları əlavə olacaq.


Emil Hüseynov
 




Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024