12px13px15px17px
Tarix:07/01/15

ƏƏSMN server və kompüterlər üçün antivirus proqram təminatı alır

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "AİST Group" şirkəti arasında iki müqavilə imzalanıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilələrin ümumi dəyəri 8960,45 manatdır.
“İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər” paraqrafında nəzərdə tutulan vəsait hesabına Tibbi Sosial Ekspertiza Komissiyalarında istismarda olan kompüterlər üçün antivirus proqram təminatının alınması üzrə müqavilənin dəyəri 4960,25 manat təşkil edir.
 
 İkinci müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında istismarda olan server və kompüterlər üçün antivirus proqram təminatının alınmasını nəzərdə tutur və ümumi dəyəri 4000,20 manat təşkil edir.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024