12px13px15px17px
Tarix:07/01/15

Nazirlikdə informasiya təminatı ilə bağlı yeni şöbə yaradılıb

Mədəniyyət və Turizm Nazirliyində İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb. Mətbuatla işi, ictimaiyyətlə əlaqələri daha da səmərəli təşkil etmək məqsədilə yaradılan şöbə bir neçə sahəyə cavabdehlik daşıyacaq.
 
 Belə ki, şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.
 
 
 Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov yeni şöbəyə müdir təyin edilib.
 
Nazirlikdən bildiriblər ki, yeni şöbənin yaradılması nazirlikdə bu sahədəki işlərin mərkəzləşməsinə, hal-hazırda aktual olan qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da yaxşılaşdırılmasına, mətbuat xidmətinin imkanlarının genişlənməsinə, informasiya resurslarının artırılmasına və səmərəli çalışmasına, nazirliyin respublikanın mədəni və ictimai həyatına daha da yaxından cəlb olunmasına imkan yaradacaq.
 
 
SEYMUR



Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024