Tarix:08/01/15
Elektrik təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azadılmasına dair Fərmanın göstərişlərinin icrası məqsədi ilə “Bakıelektrikşəbəkə” ASC tərəfindən təxirəsalınmaz təşkilati-texniki tədbirlər görülüb və göstərilən xidmətlərin proseduru xeyli dərəcədə sadələşdirilərək onların icra müddətləri əhəmiyyətli dərəcədə azaldılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair “Bakıelektrikşəbəkə” ASC-də keçirilən tədbirdə İdarə Heyətinin sədri Baba Rzayev səsləndirib.
Onun sözlərinə görə, bundan əlavə, elektrik enerjisinə görə yaranmış borcun araşdırılması, istehlakçılara məxsus elektrik avadanlıqlarının elektrik şəbəkəsinə qoşulmasına dair texniki şərtin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, elektrik enerjisi haqqının internet vasitəsi ilə ödənilməsi, aşkar edilmiş qüsurla əlaqədar olaraq sayğacın dəyişdirilməsi üçün müraciətin qəbulu, borcun olmamasına dair arayışın verilməsi və elektrik enerjisi istehlakçısının dəyişdirilməsi onlayn qaydada, habelə “ASAN xidmət” vasitəsi ilə həyata keçirilir.
CAHANGİR
Bakının enerji operatoru bir sıra xidmətlərini elektronlaşdırıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar olaraq “Bakıelektrikşəbəkə” ASC tərəfindən neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə təmin olunması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilib.Elektrik təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azadılmasına dair Fərmanın göstərişlərinin icrası məqsədi ilə “Bakıelektrikşəbəkə” ASC tərəfindən təxirəsalınmaz təşkilati-texniki tədbirlər görülüb və göstərilən xidmətlərin proseduru xeyli dərəcədə sadələşdirilərək onların icra müddətləri əhəmiyyətli dərəcədə azaldılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair “Bakıelektrikşəbəkə” ASC-də keçirilən tədbirdə İdarə Heyətinin sədri Baba Rzayev səsləndirib.
Onun sözlərinə görə, bundan əlavə, elektrik enerjisinə görə yaranmış borcun araşdırılması, istehlakçılara məxsus elektrik avadanlıqlarının elektrik şəbəkəsinə qoşulmasına dair texniki şərtin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu, elektrik enerjisi haqqının internet vasitəsi ilə ödənilməsi, aşkar edilmiş qüsurla əlaqədar olaraq sayğacın dəyişdirilməsi üçün müraciətin qəbulu, borcun olmamasına dair arayışın verilməsi və elektrik enerjisi istehlakçısının dəyişdirilməsi onlayn qaydada, habelə “ASAN xidmət” vasitəsi ilə həyata keçirilir.
CAHANGİR
Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır