12px13px15px17px
Tarix:08/01/15

“Facebook” insan həyatını xilas etdi

Şimali Kaliforniyada 911 xidmətinin dispetçeri "Facebook” sosial şəbəkəsindən hündürlükdən yıxılma nəticəsində ağır zədələnən turistin yerini müəyyənləşdirmək üçün istifadə edib.
 
Turist Rayn Pritçard oğulu ilə birlikdə səyahətə çıxıb. Məlumata görə, R.Pritçardın ayağı büdrəyib və 45 metr hündürlükdə sıldırım qayadan yıxılıb.
 
Onun 11 yaşlı oğlu 911 xidmətinə zəng etsə də, olduqları yer barədə məlumat verməzdən əvvəl rabitə əlaqəsi kəsilib. Zərərçəkmişin yerini müəyyənləşdirmək üçün xidmət əməkdaşı turistin “Facebook” səhifəsinə daxil olub və oradakı son xəbərdə faciənin baş verdiyi yerin yaxınlığında çəkilən fotoşəkili görüb.
 
Sosial şəbəkədəki bu məlumat xilasedicilərə qısa müddətə zərərçəkmiş turisti tapmağa kömək edib, - “Qazeta.ru www.gazeta.ru” yazır.   
 



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024