12px13px15px17px
Tarix:09/01/15

2015-ci ildə dünyada planşet istifadəçilərinin sayı 1 milyardı ötəcək

"eMarketer" tədqiqat şirkətinin yeni hesabatına əsasən, 2015-ci ildə dünyada planşet istifadəçilərinin sayı 1 milyardı ötəcək.

Şirkət cari ilin sonunda dünyada hər 100 nəfərdən 17-nin planşet istifadəçisi olacağını proqnozlaşdırır.

"ICTnews" elektron xəbər xidməti "emarketer.com" saytına istinadən bildirir ki, 2018-ci ildə planşet istifadəçilərinin sayı 1.43 milyarda çatacaq.
"eMarketer", həmçinin ölkələr üzrə planşet istifadəçilərinin sayını dərc edib. Siyahının ilk üç pilləsində Çin, ABŞ və Hindistan qərarlaşıb. Planşet istifadəçilərinin təxminən yarısı bu üç ölkənin payına düşür.
 

 
"eMarketer" – rəqəmli texnologiyalar, media və internet marketinq bazarının təhlili üzrə ixtisaslaşmış ABŞ-ın özəl tədqiqat şirkətidir. 1996-cı ildə təsis edilib, şirkətin qərargahı Nyu-Yorkda yerləşir.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024