Tarix:09/01/15
Proqramla yaxın on ildə milli kosmik sənayenin həcminin 5 trilyon yenə (49 milyard dollar) çatdırılması nəzərdə tutulur. Qeyd olunur ki, proqram çərçivəsində ABŞ ilə sahə üzrə əməkdaşlıq möhkəmləndiriləcək.
2020-ci ilədək ölkə hazırda istifadə olunan “H2-A” raketdaşıyıcısını əvəz edəcək yeni ağır raket təqdim etməyi planlaşdırır. Həmçinin 2015-ci ildə Yaponiyanın “Epsilon” raketdaşıyıcısının buraxılış qabiliyyəti yaxşılaşdırılacaq. Yaxın on ildə müxtəlif ölçülü səkkiz peykin buraxılışı da gözlənilir.
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) son uğuru ötən ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən “Hayabusa-2” (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun “1999 JU3” asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir, - “TASS” yazır.
Yaponiyada kosmik texnologiyaların inkişafı üzrə yeni proqram qəbul olunub
Yaponiya hökuməti tərəfindən milli kosmik texnologiyaların inkişafına, eləcə də sahə üzrə təhlükəsizlik və etibarlıq səviyyəsinin artırılmasına yönələn yeni onillik proqram təsdiq olunub.Proqramla yaxın on ildə milli kosmik sənayenin həcminin 5 trilyon yenə (49 milyard dollar) çatdırılması nəzərdə tutulur. Qeyd olunur ki, proqram çərçivəsində ABŞ ilə sahə üzrə əməkdaşlıq möhkəmləndiriləcək.
2020-ci ilədək ölkə hazırda istifadə olunan “H2-A” raketdaşıyıcısını əvəz edəcək yeni ağır raket təqdim etməyi planlaşdırır. Həmçinin 2015-ci ildə Yaponiyanın “Epsilon” raketdaşıyıcısının buraxılış qabiliyyəti yaxşılaşdırılacaq. Yaxın on ildə müxtəlif ölçülü səkkiz peykin buraxılışı da gözlənilir.
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) son uğuru ötən ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən “Hayabusa-2” (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun “1999 JU3” asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir, - “TASS” yazır.
Baxış sayı: 707
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır