Tarix:09/01/15
“UBS” şirkətinin yeni hesabatına əsasən, “iPhone 6” və “iPhone 6 Plus” modellərinin çıxarılması sayəsində “iPhone”un tədarük həcminə görə dünyanın ən böyük bazarı olmuş Çin ilk dəfə ABŞ-ı ötüb.
Analitiklərin məlumatına görə, ötən ilin dördüncü rübündə “Apple”ın tədarük edilmiş smartfonlarının 35 faizi Çin bazarının payına düşüb, halbuki ABŞ üçün bu göstərici 24 faiz təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, ötən ilin son rübündə “Apple” 69,3 milyon smartfon satıb ki, bu da rekord göstəricidir. Hələ payızda “alma” şirkətinin direktoru Tim Kuk bildirmişdi ki, güman ki, zamanla Çin “Apple”ın ən böyük gəlir mənbələrindən biri olacaq.
Ötən ilin noyabrına olan məlumata görə, “Samsung” Çində ən nüfuzlu mobil brendlərin reytinqində aparıcı mövqeyini “Apple” şirkətinə verib. Cənubi Koreya şirkəti 2012-ci ildən reytinqdə liderlik edib. 2014-cü ildə amerikalılar Çində istehlakçıların brendə loyallığını yüksəltməyə nail olub.
Emil Hüseynov
Çin ilk dəfə “iPhone” satışlarının həcminə görə ABŞ-ı qabaqlayıb

Baxış sayı: 693
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır