12px13px15px17px
Tarix:10/01/15

Mobil gömrük bölmələri tərəfindən 352-dən çox yük avtomobilinə qarşı operativ tədbir görülüb

Mobil gömrük bölmələri tərəfindən 352-dən çox yük avtomobilinə qarşı operativ tədbir görülüb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Audit və Risk Analizləri İdarəsinin Mobil gömrük şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, respublikanın gömrük ərazisində yük daşıyan nəqliyyat vasitələrinin yük yerlərinin mexaniki-elektron kilidlərlə bağlanaraq təyinat gömrük orqanına çatdırılmasına 1 oktyabr 2013-cü ildən başlanılıb:
 
 “Məqsəd iki gömrük orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut və müddətlər ərzində  təyinatı  üzrə  çatdırılmasına nəzarət etməkdir. Yük daşıyan nəqliyyat vasitələrinin yük yerlərinin mexaniki-elektron kilidlərlə bağlanması müvafiq olaraq yerli gömrük orqanlarının mobil gömrük bölmələri tərəfindən təmin edilib, həmin nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut xətti üzrə hərəkəti Dövlət Gömrük Komitəsinin “Hədəf” mərkəzi tərəfindən müşahidə olunub və bu işə ümumi nəzarət DGK Audit və Risk Analizləri İdarəsinin Mobil gömrük şöbəsi tərəfindən həyata keçirilib”.
 
2014-cü il ərzində mobil gömrük bölmələri tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisində  iki gömrük orqanı arasında müxtəlif gömrük rejimləri altında yük daşıyan 130000-dən artıq nəqliyyat vasitəsinin üzərinə mexaniki-elektron kilid (GPS) bağlanaraq təyinat yerinə çatdırılıb:
 
“Bu isə il ərzində gündəlik orta hesabla 356 ədəd GPS-in tətbiqi deməkdir. Həmin nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut xətti üzrə hərəkəti “Hədəf” mərkəzinin əməkdaşları tərəfindən “GPS monitorinq” sistemi vasitəsilə müntəzəm olaraq 24 saat ərzində müşahidə altında saxlanılmış, marşrutdan çıxma, məqsədsiz dayanma və digər pozuntu hallarının qarşısı operativ şəkildə alınıb”.
 
 
“Hədəf” mərkəzinin əməkdaşları gün ərzində pozuntuya yol vermiş, marşrut xəttindən çıxan nəqliyyat vasitələrinin sürücüləri ilə birbaşa telefon əlaqəsi yaratmaqla yanaşı, yaxın ərazilərdə olan mobil gömrük bölmələrinin əməkdaşlarını da bu işə cəlb ediblər. Mobil gömrük avtomobilləri ilə təmin olunmuş  həmin əməkdaşlar 24 saat ərzində “Hədəf” mərkəzindən verilən məlumatlar əsasında marşrut xəttindən çıxan, müəyyən olunmamış yerlərdə uzun müddət dayanan və pozuntu hallarına yol verən nəqliyyat vasitələrinə operativ şəkildə yaxınlaşaraq hadisəni yerində araşdırıb və müvafiq tədbirlər görüb. Ümumilikdə, “Hədəf” mərkəzi tərəfindən 2014-cü ildə 352-dən artıq yük avtomobilinin marşrut xəttindən çıxması və çıxma cəhdləri faktı aşkarlanıb və həmin yük avtomobilləri operativ tədbirlər görülməklə marşrut xəttinə qaytarılmaqla təyinat yerinə çatdırılması təmin olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024