Tarix:10/01/15
“Neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nailiyyətlərindən yararlanmaq, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmaq və ARDNŞ-ə öz təkliflərimizi irəli sürməliyik”.
BANM-ın əməkdaşı, professor Ramiz Hümbətov qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunduğunu vurğulayaraq xüsusi strukturun yaradılmasının vacibliyini önə çəkib və sözügedən texnoparkın yaradılması təklifini verib.
Akademik Hətəm Quliyev isə qeyd edib ki, alimlərimiz bu sahədə mövcud problemlərin həlli ətrafında birləşməli, elmi-texniki layihə hazırlamalı, onun idarəetmə üsulunu müəyyənləşdirməlidir. AMEA-nın müxbir üzvü Elmira Ramazanova qeyd edib ki, həm yeni maddələrin əldə olunması, həm də idarəetmə üsulları və nanotexnologiyaların tətbiqi baxımından Geologiya İnstitutunun böyük imkanları var. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev böyük potensiala malik texnoparkların salınmasının vacibliyini önə çəkərək neft istehsalı prosesinə onlayn nəzarət və onun idarəetmə sisteminin yaradılmalı olduğunu bildirib.
Hazırda neft quyularının istismarı ilə bağlı rəhbərlik etdiyi qurumda səmərəli üsulların tətbiq edildiyini dilə gətirib.
Sonda akademik Akif Əlizadə AMEA Yer Elmləri Bölməsinin tərkibində müzakirə olunan məsələlərlə bağlı Şuranın yaradılması və tərkibinin seçilməsini təklif edib. Bildirib ki, burada imtahanlar təşkil olunmalı, təklif olunan üsullar müzakirə olunmalı və seçim aparılmalıdır.
Həqiqət İSABALAYEVA
AMEA prezidenti: “Nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparılmalıdır”
Bakı Ali Neft Məktəbində (BANM) texnopark yaratmaq təklifi irəli sürülüb. Təklif BANM-ın əməkdaşı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycanda neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunmuş görüşdə səsləndirilib. Akademiyadan verilən məlumata görə, görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə neftin istismarı ilə bağlı problemin bütün dövrlərdə aktual olduğunu bildirib:“Neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nailiyyətlərindən yararlanmaq, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmaq və ARDNŞ-ə öz təkliflərimizi irəli sürməliyik”.
BANM-ın əməkdaşı, professor Ramiz Hümbətov qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunduğunu vurğulayaraq xüsusi strukturun yaradılmasının vacibliyini önə çəkib və sözügedən texnoparkın yaradılması təklifini verib.
Akademik Hətəm Quliyev isə qeyd edib ki, alimlərimiz bu sahədə mövcud problemlərin həlli ətrafında birləşməli, elmi-texniki layihə hazırlamalı, onun idarəetmə üsulunu müəyyənləşdirməlidir. AMEA-nın müxbir üzvü Elmira Ramazanova qeyd edib ki, həm yeni maddələrin əldə olunması, həm də idarəetmə üsulları və nanotexnologiyaların tətbiqi baxımından Geologiya İnstitutunun böyük imkanları var. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev böyük potensiala malik texnoparkların salınmasının vacibliyini önə çəkərək neft istehsalı prosesinə onlayn nəzarət və onun idarəetmə sisteminin yaradılmalı olduğunu bildirib.
Hazırda neft quyularının istismarı ilə bağlı rəhbərlik etdiyi qurumda səmərəli üsulların tətbiq edildiyini dilə gətirib.
Sonda akademik Akif Əlizadə AMEA Yer Elmləri Bölməsinin tərkibində müzakirə olunan məsələlərlə bağlı Şuranın yaradılması və tərkibinin seçilməsini təklif edib. Bildirib ki, burada imtahanlar təşkil olunmalı, təklif olunan üsullar müzakirə olunmalı və seçim aparılmalıdır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 749
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır