Tarix:12/01/15
İsveçin rəqəmli radio yayım əlaqələndiricisi Nina Vormbs "yol xəritəsi"ni ölkənin mədəniyyət nazirinə təqdim edərək ictimai yayım və kommersiya radio şirkətləri ilə birlikdə hazırlanan planı izah edib.
İsveç Parlamentinin 2015-ci ilin payızında "yol xəritəsi" ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Planın həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı qərar paylayıcı şəbəkənin icbari alışlarını etməyə imkan verəcək.
Bu şərtlər 2020-ci ilədək yerinə yetiriləcəyi təqdirdə FM yayımı 2022-ci ildə, o vaxtadək müəyyən müddəalar icra edilməsə, 2024-cü ildə dayandırılacaq.
İsveçrənin kommersiya və ictimai yayım sektorları rəqəmli yayıma keçid məsələləri üzrə işçi qrup yaratmaq üçün Britaniyanın "OFCOM" media tənzimləyicisi ilə səylərini birləşdirib. İşçı qrupu İsveçrə Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Nazirliyi üçün hesabat təqdim edib. Hesabatda ölkənin radio yayımının analoq FM standartlardan rəqəmli "DAB+" standartına keçid üzrə "yol xəritəsi" yer alıb.
Sənəddə qeyd olunur ki, İsveçrə radiostansiyaları 2024-cü ilədək rəqəmli "DAB+" standartına keçməli və qeyd olunan müddətədək ölkədə bütün analoq FM ötürücülər istismardan çıxarılmalıdır.
Qeyd olunanlar Avropada "DAB/DAB+" standartında rəqəmli radio yayım şəbəkələrinin inkişafının yüksək dinamika ilə getməsindən xəbər verir. Hazırda bu yayım şəbəkəsi ilə Böyük Britaniya, İsveçrə, Norveç, Danimarka, Niderland və Almaniya ərazisinin 90 faizi, rəqəmli radionun ilkin istifadəyə verilməsi mərhələsində olan İtaliyada isə ölkə ərazisinin 65 faizi əhatə olunub, - "IT Expert" yazır.
İsveç və İsveçrə rəqəmli radio yayımına keçir
İsveç və İsveçrə analoq radio FM yayımından rəqəmli "DAB+" yayım standartına keçid üzrə "yol xəritəsi"ni təqdim edib. Ölkələr bəyanatı Almaniyanın "ARD" şirkətinin rəqəmli radio yayım standartına keçməyə, eləcə də Norveçin 2017-ci ildə bütün parametrlər üzrə analoq FM yayımını dayandırmağa hazır olmasını bildirdikdən sonra verib.İsveçin rəqəmli radio yayım əlaqələndiricisi Nina Vormbs "yol xəritəsi"ni ölkənin mədəniyyət nazirinə təqdim edərək ictimai yayım və kommersiya radio şirkətləri ilə birlikdə hazırlanan planı izah edib.
İsveç Parlamentinin 2015-ci ilin payızında "yol xəritəsi" ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Planın həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı qərar paylayıcı şəbəkənin icbari alışlarını etməyə imkan verəcək.
Bu şərtlər 2020-ci ilədək yerinə yetiriləcəyi təqdirdə FM yayımı 2022-ci ildə, o vaxtadək müəyyən müddəalar icra edilməsə, 2024-cü ildə dayandırılacaq.
İsveçrənin kommersiya və ictimai yayım sektorları rəqəmli yayıma keçid məsələləri üzrə işçi qrup yaratmaq üçün Britaniyanın "OFCOM" media tənzimləyicisi ilə səylərini birləşdirib. İşçı qrupu İsveçrə Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Nazirliyi üçün hesabat təqdim edib. Hesabatda ölkənin radio yayımının analoq FM standartlardan rəqəmli "DAB+" standartına keçid üzrə "yol xəritəsi" yer alıb.
Sənəddə qeyd olunur ki, İsveçrə radiostansiyaları 2024-cü ilədək rəqəmli "DAB+" standartına keçməli və qeyd olunan müddətədək ölkədə bütün analoq FM ötürücülər istismardan çıxarılmalıdır.
Qeyd olunanlar Avropada "DAB/DAB+" standartında rəqəmli radio yayım şəbəkələrinin inkişafının yüksək dinamika ilə getməsindən xəbər verir. Hazırda bu yayım şəbəkəsi ilə Böyük Britaniya, İsveçrə, Norveç, Danimarka, Niderland və Almaniya ərazisinin 90 faizi, rəqəmli radionun ilkin istifadəyə verilməsi mərhələsində olan İtaliyada isə ölkə ərazisinin 65 faizi əhatə olunub, - "IT Expert" yazır.
Baxış sayı: 748
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır