12px13px15px17px
Tarix:13/01/15

Kuba əhalisi ictimai yerlərdə ödənişli “Wi-Fi”-dan istifadə edəcək

Kubanın “ETECSA” telekommunikasiya şirkəti adanın ikinci ən böyük şəhəri olan Sentyaqo-de-Kubanın ictimai yerlərində “Wi-Fi” nöqtə quraşdıracaq. Bu haqda Kubanın “Cubaperiodistas.cu” portalı yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, adanın sakinləri “Wi-Fi” nöqtəsinə qoşulmaq üçün saata 4,50 Kuba pesosu (təxminən 3.50 AZN) ödəməlidir. Bu, kubalılar üçün az məbləğ deyil. Bu halda Kubada internet yenə də senzuradan keçirilir, bu məbləğlə şəbəkəyə tam giriş əldə etmək olmaz.
 
Bundan əvvəl “Azadlıq Adası”nın sakinləri yalnız kabel qoşulması və ya xüsusi terminallar vasitəsilə internetdən istifadə ediblər. Qeyri-rəsmi isə kubalılar mehmanxanaların şəbəkəsinə və ya xüsusi şəxslərin qorunmamış “Wi-Fi” nöqtələrinə qoşulublar.
 
Emil Hüseynov



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024