Tarix:13/01/15
O deyib ki, ABŞ-ın ən böyük avtomobil istehsalçısı bu məsələnin müzakirəsinə hazırdır. Gözləntilərə görə, çərşənbə günü bu forumda “Google”un sürücüsüz nəqliyyat vasitələrinin yaradılması üzrə texnologiyaların inkişafı ilə məşğul olan bölməsinin rəhbəri Kris Urmson çıxış edəcək. Medianın məlumatına görə, o, “Google”un avtomobil şirkətləri ilə əməkdaşlığa başlamaq planını elan edəcək.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hər kəsə məlumdur ki, “Google” uzun müddətdir sürücüsüz hərəkət etməyə qadir nəqliyyat vasitələrinin istehsalı üçün lazım olan texnologiyaların inkişafı ilə məşğul olur. 2012-ci ildə internet şirkətinin nümayəndələri bildiriblər ki, yaradılmış sürücüsüz avtomobillər sınaqlar zamanı 500 min kilometrdən çox məsafə qət edib. 2014-cü ildə “Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib.
“General Motors” artıq forumda öz yeni “Chevrolet Bolt” elektrik avtomobilini nümayiş etdirib. Şirkətin direktoru Meri Barra deyib ki, bu maşın 320 km-dən çox məsafə qət edə bilər.
Emil Hüseynov
“General Motors” şirkəti “Google” ilə birgə sürücüsüz avtomobillər yaratmağa hazırdır
ABŞ-ın “General Motors” şirkəti sürücüsüz avtomobillərin yaradılması üzrə “Google” korporasiyası ilə əməkdaşlığa hazırdır. Hər il Şimali Amerika Beynəlxalq Avtomobil sərgisində iştirak edən “General Motors”un texnologiya bölməsinin rəhbəri Con Lokner belə fikir səsləndirib.O deyib ki, ABŞ-ın ən böyük avtomobil istehsalçısı bu məsələnin müzakirəsinə hazırdır. Gözləntilərə görə, çərşənbə günü bu forumda “Google”un sürücüsüz nəqliyyat vasitələrinin yaradılması üzrə texnologiyaların inkişafı ilə məşğul olan bölməsinin rəhbəri Kris Urmson çıxış edəcək. Medianın məlumatına görə, o, “Google”un avtomobil şirkətləri ilə əməkdaşlığa başlamaq planını elan edəcək.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hər kəsə məlumdur ki, “Google” uzun müddətdir sürücüsüz hərəkət etməyə qadir nəqliyyat vasitələrinin istehsalı üçün lazım olan texnologiyaların inkişafı ilə məşğul olur. 2012-ci ildə internet şirkətinin nümayəndələri bildiriblər ki, yaradılmış sürücüsüz avtomobillər sınaqlar zamanı 500 min kilometrdən çox məsafə qət edib. 2014-cü ildə “Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib.
“General Motors” artıq forumda öz yeni “Chevrolet Bolt” elektrik avtomobilini nümayiş etdirib. Şirkətin direktoru Meri Barra deyib ki, bu maşın 320 km-dən çox məsafə qət edə bilər.
Emil Hüseynov
Baxış sayı: 714
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır