12px13px15px17px
Tarix:13/01/15

“Infipro Inc” şirkətinin maliyyə məsləhətləri “Aztelekom”a uğur qazandırır

“Aztelekom” İstehsalat Birliyi Rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayının artırılması layihəsinin icrasına başlayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 2015-ci ilin sonunadək xidmətlərin tam istifadəyə verilməsini nəzərdə tutan layihənin həyata keçirilməsində “Infirpo Inc” korporativ maliyyə məsləhətçisi kimi çıxış edib. Belə ki, “Aztelekom” İstehsalat Birliyi və “Infipro Inc”-in birgə uğurlu əməkdaşlığı nəticəsində layihəyə xarici investisiya və ucuz maliyyə axını artıq təmin olunub.
Layihənin məqsədi regionlarda əhalinin informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, elektron xidmətlərin göstərilməsi üçün infrastrukturun genişləndirilməsi kimi prioritet məsələlərdir.

Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında, həmçinin, 47 şəhər və rayonda yeni nömrələr və port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiqlənən layihənin nəticəsində, regionlarda “Aztelekom” internet istifadəçilərinin sayının 60%-dən çox artırılması üçün texniki imkanın yaradılması və servislərin həcminin artırılması mümkün olacaq.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, “Aztelekom” İstehsalat Birliyi fərdi, korporativ müştərilərə, rabitə operatorlarına, eləcə də digər istifadəçilərə rabitə və informasiya texnologiyaları üzrə müxtəlif xidmətlərini göstərir.

Birlik öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.
 
Aynur Vəliyeva



Baxış sayı: 449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Yanvar 2020

18/01/20
Dünyada yüklənilən mobil əlavələrin sayı rekorda çatıb

2019-cu ildə dünyada istifadəçilər 204 milyard mobil əlavə yükləməklə rekorda imza atıblar. Bu, 2018 və 2

18/01/20
Dünya İT bazarının həcmi 4 trilyon dollara yaxınlaşır

“Gartner” analitik şirkəti 2020-ci ildə informasiya texnologiyaları (İT) üçün qlobal xərclərin 3,9 trilyo

18/01/20
“Xiaomi” şirkəti qeyri-adi dizaynlı mexaniki “Bluetooth” klaviatura təqdim edib

“Xiaomi” şirkəti “Luofei” adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi

17 01 2020

17/01/20
Bakteriya və qumdan “canlı” beton hazırlanıb

Amerikalı alimlər xüsusi bakteriyalarla birgə qum və xüsusi hidrogeldən ibarət matrisdə "canlı" beton ha

17/01/20
Yeni rentgen texnologiyası təqdim edilib

“Nanox” şirkəti yeni rentgen texnologiyasını təqdim edib ki, bu da rentgen aparatının dəyərini xeyli azal

17/01/20
Kanadanın 4 şəhərində “5G” şəbəkəsi istifadəyə verilib

Kanadanın 4 ən böyük şəhərində “5G” şəbəkəsi istifadəyə verilib. Kütləvi bazar yaradılana kimi texnologiy

17/01/20
Yeni “iPhone”nun məhsuldarlığı “MacBook Pro” ilə bərabər olacaq

“Apple” smartfonunun növbəti nəsli hesablama gücünə görə makbuklara yaxınlaşacaq. “MacWorld” nəşrini

17/01/20
“Gartner”: “2019-cu ildə dünya mikroelektronika bazarında 12 faiz azalma olub”

2019-cu ildə dünyada mikroelektronika komponentlərinin satış həcmi 418,3 milyard dollar təşkil edib ki, b

17/01/20
Kuru kosmodromundan “Ariane 5” raketdaşıyıcısı buraxılıb

Avropanın “Ariane 5” raketdaşıyıcısı Fransa Qvianasında Kuru kosmodromundan buraxılıb. “Arianespace” şir

17/01/20
Yeni hərbi texnologiya qaranlıqda sifəti tanıyacaq

ABŞ ordusu sifətin istilik şüalanmasının emalı vasitəsilə qaranlıqda onu tanımağa imkan verən texnologiya

17/01/20
“Alphabet” holdinqinin kapitallaşması 1 trilyon dolları ötüb

“Google” şirkətinin daxil olduğu “Alphabet” holdinqinin kapitallaşması 1 trilyon dolları ötüb.

17/01/20
Hitrou aeroportunda dronları izləyən sistem quraşdırılıb

Londonun Hitrou aeroportunda uçuş üçün bağlı zonada olan pilotsuz uçan aparatların aşkarlanması, izlənilm

17/01/20
Smartfonlar üçün möhkəm almaz şüşə yaradılıb

ABŞ-ın “Akhan Semiconductor” şirkəti möhkəm almaz şüşə icad edib.