Tarix:14/01/15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, bu fikirləri ƏƏSMN-in Şabran və Siyəzən rayonları üzrə 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müasir tələblərə uyğun iş şəraitinə malik yeni inzibati binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə nazir müavini Natiq Məmmədov deyib.
Nazir müavini bildirib ki, həmçinin sistem üzərində yaradılmış elektron məlumat bazasına əlillik müayinəsinin nəticələri ilə bağlı məlumatlar daxil edilir. Bununla da hər hansı əlillik təyinatı ilə bağlı məlumatın aidiyyəti orqan tərəfindən məhz həmin bazadan elektron yolla əldə edilməsinə imkan yaranır.
CAHANGİR
Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik təyinatı prosesini asanlaşdırıb
Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik təyinatı prosesində aidiyyəti təşkilatlar arasında müvafiq məlumatların elektron şəkildə mübadiləsinə xidmət edir. Bu da həmin təşkilatlar arasında kağız arayışların daşınması praktikasına son qoyulmasına, nəticədə əlillik təyinatında məmur-vətəndaş münasibətlərinin minimuma enməsinə və şəffaflığın təmin olunmasına yönəlib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, bu fikirləri ƏƏSMN-in Şabran və Siyəzən rayonları üzrə 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müasir tələblərə uyğun iş şəraitinə malik yeni inzibati binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə nazir müavini Natiq Məmmədov deyib.
Nazir müavini bildirib ki, həmçinin sistem üzərində yaradılmış elektron məlumat bazasına əlillik müayinəsinin nəticələri ilə bağlı məlumatlar daxil edilir. Bununla da hər hansı əlillik təyinatı ilə bağlı məlumatın aidiyyəti orqan tərəfindən məhz həmin bazadan elektron yolla əldə edilməsinə imkan yaranır.
CAHANGİR
Baxış sayı: 801
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır