Tarix:14/01/15
ABŞ şirkəti bildirib ki, “Ericsson”un patent hüququnu pozmayıb və ona lisenziya ödənişləri üzrə borcu yoxdur.
“Apple” həmçinin “LTE” texnologiyalardan istifadəyə görə İsveçin telekommunikasiya avadanlıqları istehsalçısı tərəfindən təyin edilən ödənişin smartfon və ya planşetin qiymətindən faiz şəklində tutulmasını düzgün hesab etmir. "iPhone” yaradıcısı təkid edir ki, kompensasiyanın məbləği texnologiyanın tətbiq edildiyi prosessorun qiymətinə görə müəyyən edilməlidir.
“Təəssüflər olsun biz “Ericsson” ilə onun patentlərindən istifadəyə görə ödənişin məbləği ilə bağlı razılığa gələ bilmədik. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldik”, - “Apple” nümayəndəsi Kristin Huqe deyib.
“Ericsson” nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər, - "DailyComm” yazır.
ABŞ istehsalçısı “Ericsson” şirkətini məhkəməyə verib
ABŞ-ın “Apple” korporasiyası "Ericsson” şirkətini onun “LTE” simsiz rabitə texnologiyaları sahəsindəki patentlərinin mobil rabitə sahəsi üzrə standartlar baxımından əhəmiyyət kəsb etməməsinə və İsveç istehsalçısının onlardan istifadəyə görə böyük məbləğ tələb etməsinə görə Kaliforniya Federal Məhkəməsinə verib.ABŞ şirkəti bildirib ki, “Ericsson”un patent hüququnu pozmayıb və ona lisenziya ödənişləri üzrə borcu yoxdur.
“Apple” həmçinin “LTE” texnologiyalardan istifadəyə görə İsveçin telekommunikasiya avadanlıqları istehsalçısı tərəfindən təyin edilən ödənişin smartfon və ya planşetin qiymətindən faiz şəklində tutulmasını düzgün hesab etmir. "iPhone” yaradıcısı təkid edir ki, kompensasiyanın məbləği texnologiyanın tətbiq edildiyi prosessorun qiymətinə görə müəyyən edilməlidir.
“Təəssüflər olsun biz “Ericsson” ilə onun patentlərindən istifadəyə görə ödənişin məbləği ilə bağlı razılığa gələ bilmədik. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldik”, - “Apple” nümayəndəsi Kristin Huqe deyib.
“Ericsson” nümayəndələri məsələyə hələ ki münasibət bildirməyiblər, - "DailyComm” yazır.
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır