Tarix:14/01/15
“Google”un ilk dəfə ötən ilin iyununda təqdim etdiyi “Google Domains” əvvəlcə sınaq rejimində işə salınıb. O zaman xidmətdən istifadə yalnız dəvət ilə həyata keçirilib. Hazırda isə ondan ABŞ-ın bütün sakinləri yararlana bilər.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni xidmət biznes təşkilatlarına saytın yaradılması üçün orijinal domen adı tapmaq və almağa kömək edəcək. “Google Domains” istifadəçilərə saytların yaradılması üçün nümunələr, məhsul qiymətlərinin müqayisəsi üçün alətlər, saytın idarə olunması üçün “şəxsi kabinet”, “Blogger” servisi ilə korporativ bloqların sinxronlaşdırılması üçün inteqrasiya təqdim edir.
“Google Domains” vasitəsilə domenləri satmaq və almaq, eləcə də domendə 100-dək elektron poçt ünvanı yaratmaq mümkündür. İstifadəsi mümkün olan domen zonaları arasında “.coffee”, “.us”, “.company”, “.academy” və s. var. Yeni servisdə “Google”un tərəfdaşları qismində “Squarespace”, “Wix”, “Weebly” və “Shopify” hostinq provayderləri çıxış edir.
Xidmətdən digər ölkələrdə nə vaxt istifadənin mümkün olacağı barədə hələ ki məlumat yoxdur. Lakin istifadəçilər şirkətin “Google Domains” beynəlxalq miqyasda istifadəyə verilməzdən əvvəl göndərəcəyi bildirişlərə abunə ola bilərlər, - "Lenta” yazır.
İnternet şirkəti ABŞ-da domenlərin qeydiyyatı üçün xidmət işə salıb
“Google” internet şirkəti ABŞ-da bütün arzu edənlər üçün domen adlarının qeydiyyatı üzrə “Google Domains” servisini istifadəyə verib.“Google”un ilk dəfə ötən ilin iyununda təqdim etdiyi “Google Domains” əvvəlcə sınaq rejimində işə salınıb. O zaman xidmətdən istifadə yalnız dəvət ilə həyata keçirilib. Hazırda isə ondan ABŞ-ın bütün sakinləri yararlana bilər.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni xidmət biznes təşkilatlarına saytın yaradılması üçün orijinal domen adı tapmaq və almağa kömək edəcək. “Google Domains” istifadəçilərə saytların yaradılması üçün nümunələr, məhsul qiymətlərinin müqayisəsi üçün alətlər, saytın idarə olunması üçün “şəxsi kabinet”, “Blogger” servisi ilə korporativ bloqların sinxronlaşdırılması üçün inteqrasiya təqdim edir.
“Google Domains” vasitəsilə domenləri satmaq və almaq, eləcə də domendə 100-dək elektron poçt ünvanı yaratmaq mümkündür. İstifadəsi mümkün olan domen zonaları arasında “.coffee”, “.us”, “.company”, “.academy” və s. var. Yeni servisdə “Google”un tərəfdaşları qismində “Squarespace”, “Wix”, “Weebly” və “Shopify” hostinq provayderləri çıxış edir.
Xidmətdən digər ölkələrdə nə vaxt istifadənin mümkün olacağı barədə hələ ki məlumat yoxdur. Lakin istifadəçilər şirkətin “Google Domains” beynəlxalq miqyasda istifadəyə verilməzdən əvvəl göndərəcəyi bildirişlərə abunə ola bilərlər, - "Lenta” yazır.
Baxış sayı: 764
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib