Tarix:14/01/15
"E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər" mövzusuna həsr olunmuş tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilk növbədə 2014-cü ildə əldə edilən nailiyyətlərdən söz açıb.
Digər sahələrdə olduğu kimi, ötən il ərzində rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə də mühüm işlərin görüldüyünü vurğulayan E.Vəlizadə xüsusən nazirliyin adının dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılması, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiqi, "Azersky" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin orbitə çıxarılması, Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi və digər mühüm hadisələri diqqətə çatdırıb. "E-hökumət" həllərinin tətbiqinin genişləndirilməsi üzrə aparılan intensiv fəaliyyətə də toxunan nazir müavini BMT-nin "Elektron hökumət"in inkişaf səviyyəsinə görə reytinqində Azərbaycanın 193 ölkə arasında 28 pillə irəliləyərək, 68-ci yeri tutduğunu qeyd edib: "Hazırda "Elektron hökumət" portalına ölkənin 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub, portalda təqdim edilən xidmətlərin sayı 405-ə çatıb".
Portalda istifadə sahəsində fəallığın getdikcə yüksəldiyini bildirən nazir müavini qarşıda duran tədbirlərdən də söz açıb. Belə ki, "Elektron hökumət"in inkişafının növbəti mərhələsi çərçivəsində yerli icra hakimiyyəti orqanlarının vahid portala qoşulması nəzərdə tutulur.
Eyni zamanda "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın icrası üçün Dövlət Proqramı hazırlanaraq hökumətə təqdim edilib. Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və inkişafı üzrə hazırlanan növbəti Dövlət Proqramı isə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Eyni zamanda sahə üzrə müvafiq qanun layihələrinin hazırlandığını qeyd edən E.Vəlizadə yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqinin "Elektron hökumət" portalının inkişafına əlavə təkan verəcəyini diqqətə çatdırıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov isə "www.data.gov.az" -ın təqdimatına həsr olunmuş çıxışında "Elektron hökumət" quruculuğu və inkişafı üzrə aparılan tədbirlər, o cümlədən bu istiqamətdə "E-government 3.0" adlı yeni mərhələyə keçidlə bağlı ətraflı məlumat verib.
"Açıq hökumət, açıq məlumatlar, açıq servislər" mövzusunu əhatə edən çıxışda qeyd olunub ki, "www.data.gov.az" portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər. "Elektron hökumət" portalının tərkib hissəsi olmaqla, "www.data.gov.az" portalı dövlət orqanlarının məlumatlar toplusunu, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir:
"Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək. "www.data.gov.az" portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır və portalın müvəffəqiyyəti əhalinin və biznes strukturlarının nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılması məqsəd kimi qarşıya qoyulub".
Eyni zamanda istifadəçilərin rəyi nəzərə alınmaqla, "www.data.gov.az" portalının daima təkmilləşdirilməsi nəzərdə tutulur və bunun üçün "Elektron hökumət" portalında yaradılmış "Əks əlaqə", "E-gov Fikr bankı" bölmələrindən istifadə olunacaq.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) göstərdiyi elektron xidmətlərin ilk yerləri tutduğunu bildirib. Xüsusən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti üzrə istifadə fəallığının artdığını nəzərə çatdıran nazir müavini xidmətlərin avtomatlaşdırılması və təkmilləşdirilməsi sahəsində səylərin davam etdiriləcəyini vurğulayıb: "Bu gün cəmiyyətin inkişafında İKT-nin rolu artmaqdadır və İKT sosial sabitlik və sosial şəffaflığın təmin olunmasında mühüm, xüsusi əhəmiyyətə malikdir. Ölkədə çevik idarəetmə sistemini təmin edən elektron xidmətlər sistemi mövcuddur və burada "www.e-gov.az"-ın rolu böyükdür".
Dövlət Gömrük Komitəsinin (DGK) Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev "Biznes-gömrük əməkdaşlığında e-gömrük xidmətləri" mövzusunda təqdimatla çıxış edib. Baş İdarə rəisi elektron gömrük xidmətlərinin yaradılması və tətbiqi üzrə həyata keçirilən işlər, prosedur zamanı qarşıya çıxan problemlərə toxunub.
"Golden Pay" şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadə isə açıq məlumatların yeni proqramların hazırlanması və tətbiqi sahəsində növbəti inkişaf mərhələsinə yol açacağını diqqətə çatdırıb.
Daha sonra tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "data.gov.az" portalının açıq məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edib. İKT mütəxəssisləri, startapçılar, tələbələr və s. üçün nəzərdə tutulan müsabiqə aprel ayının 15-nə qədər davam edəcək. Müsabiqədə iştirak etmək üçün açıq məlumatlardan istifadə olunmaqla, ictimai əhəmiyyətli mobil proqramların yaradılması və müsabiqəyə təqdim edilməsi vacibdir.
Həqiqət İSABALAYEVA
“Açıq Hökumət Məlumatları” portalının təqdimat mərasimi keçirilib
"Elektron hökumət" quruculuğunda yeni bir inkişaf mərhələsi olan açıq məlumatlarla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən hazırlanmış "http://www.data.gov.az" – "Açıq Hökumət Məlumatları" portalının təqdimat mərasimi keçirilib."E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər" mövzusuna həsr olunmuş tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilk növbədə 2014-cü ildə əldə edilən nailiyyətlərdən söz açıb.

Baxış sayı: 1215
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı