Tarix:15/01/15
Bu barədə Detroytda keçirilən illik Şimali Amerika beynəlxalq avtomobil sərgisində “Google” şirkətinin bu növ nəqliyyat sistemlərinin yaradılması üçün lazım olan texnologiyaların hazırlanması üzrə bölməsinin rəhbəri Kris Urmson deyib.
Söhbətin iki və ya beş ildən getdiyini deyən K.Urmson qeyd edib ki, kompüterlərlə idarə olunan avtomobillər ilk vaxtlar sınaq rejimində istismar olunacaq və onlara hər ehtimala qarşı sürücü əyləşəcək. Şirkət nümayəndəsinin sözlərinə görə, avtomobillər bir müddət sonra kütləvi satışa çıxarılacaq.
Sınaqlar yol nişanlarında yazılanları ayırd edə bilən sensorların, eləcə də yolda yaranan vəziyyətə uyğun tez çıxış yolu tapan, digər maşınları və piyadaları identifikasiya edən proqram təminatının təkmilləşdirilməsi məqsədilə aparılacaq. "Google” sürücünün iştirakı olmadan hərəkət edə bilən nəqliyyat vasitələrinin sınaqları Kaliforniya ştatında keçirir.
Şirkət müvafiq işləri artıq uzun müddətdir aparır. 2014-cü ildə “Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib. Detroyt avtosalonunda model nümayiş olunmayacaq, lakin onun sınaqlarının yaxın aylarda davam etdiriləcəyi gözlənilir.
K.Urmson onu da vurğulayıb ki, “Google” artıq bir sıra avtomobil istehsalçısı ilə danışıqlara başlayıb, - “TASS” yazır.
2017-ci ildə ABŞ yollarında sürücüsüz avtomobillər istismara veriləcək
Sürücünün iştirakı olmadan hərəkət edə bilən avtomobillər artıq iki ildən sonra ABŞ-ın ictimai yollarında şütüyə bilər.Bu barədə Detroytda keçirilən illik Şimali Amerika beynəlxalq avtomobil sərgisində “Google” şirkətinin bu növ nəqliyyat sistemlərinin yaradılması üçün lazım olan texnologiyaların hazırlanması üzrə bölməsinin rəhbəri Kris Urmson deyib.
Söhbətin iki və ya beş ildən getdiyini deyən K.Urmson qeyd edib ki, kompüterlərlə idarə olunan avtomobillər ilk vaxtlar sınaq rejimində istismar olunacaq və onlara hər ehtimala qarşı sürücü əyləşəcək. Şirkət nümayəndəsinin sözlərinə görə, avtomobillər bir müddət sonra kütləvi satışa çıxarılacaq.
Sınaqlar yol nişanlarında yazılanları ayırd edə bilən sensorların, eləcə də yolda yaranan vəziyyətə uyğun tez çıxış yolu tapan, digər maşınları və piyadaları identifikasiya edən proqram təminatının təkmilləşdirilməsi məqsədilə aparılacaq. "Google” sürücünün iştirakı olmadan hərəkət edə bilən nəqliyyat vasitələrinin sınaqları Kaliforniya ştatında keçirir.
Şirkət müvafiq işləri artıq uzun müddətdir aparır. 2014-cü ildə “Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib. Detroyt avtosalonunda model nümayiş olunmayacaq, lakin onun sınaqlarının yaxın aylarda davam etdiriləcəyi gözlənilir.
K.Urmson onu da vurğulayıb ki, “Google” artıq bir sıra avtomobil istehsalçısı ilə danışıqlara başlayıb, - “TASS” yazır.
Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır