Tarix:15/01/15
İnsanlar robotlarla birgə yaşayacaq
Mütəxəssislər hesab edirlər ki, artıq yaxın gələcəkdə insanlar robotlarla birgə yaşayacaq. Sonuncular əsasən ağır adi işləri icra edəcək. İnsanlar, həmçinin qismən robotlaşacaq.
Bundan başqa, elektron idarəetməyə malik süni orqanlardan aktiv istifadə ediləcək və protezləmə adi əməliyyat olacaq.
İnsan ömrü uzanacaq
Nanorobotlar dərmanları xəstə hüceyrələrə çatdırmaq və ya mikroəməliyyatların həyata keçirilməsi üçün insanın bədəninin daxilinə müdaxilə edəcək. Xüsusi ötürücülər real vaxt rejimində insanın sağlamlıq vəziyyətini skan edərək məlumatı müalicə edən həkimin girişə malik olduğu "bulud" saxlancına ötürəcək. Nəticədə insan ömrü uzanacaq.
Bəşər övladları iş robotları üçün yazılmış proqram təminatını daim təkmilləşdirəcək və İT sənayesində əsas iş istiqaməti avtomatlaşdırılmış sistemlər üçün proqramların hazırlanması olan xeyli şirkət meydana çıxacaq.
İnsanlar avtomatlaşdırılmış "ağıllı" evlərdə yaşayacaq
Bundan başqa, insanlar rahatlıq üçün tamamilə avtomatlaşdırılmış "ağıllı" evlərdə yaşamağa başlayacaq. Belə evlərin idarəetmə proqramı elektrik enerjisi, su, qida və başqa məxaric materiallarının xərcini izləyəcək. İnsan yalnız bank hesabında müvafiq məbləğdə pulun olmasının qayğısına qalacaq.
Bəzi əşyaların istehsalı dayandırılacaq
Gələcəkdə insanlar bir çox gündəlik qayğılardan xilas olacaq, həmçinin bəzi əşyaların istehsalı dayandırılacaq. Günümüzün "3D" çap kimi perspektiv sənayesi istənilən hər şeyi (qab-qacaqdan tutmuş, inşaat bloklarınadək) müstəqil yaratmağa imkan verəcək.
Fərdi kompüterlərə (FK) gəlincə, mütəxəssislər iddia edirlər ki, 2045-ci ilədək istehsaldan tamamilə çıxarıla bilər. FK-nın funksiyalarını təkrarlayacaq xeyli sayda başqa qurğular onu əvəzləyəcək.
Emil Hüseynov
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
20-30 il bundan əvvəl çətin ki kiminsə ağlına gələrdi ki, artıq 2014-cü ildə cibə yerləşən kiçikölçülü qurğudakı düymələrə sıxmaqla insanlar bir-biri ilə ünsiyyət saxlaya bilər.İnsanlar robotlarla birgə yaşayacaq
Mütəxəssislər hesab edirlər ki, artıq yaxın gələcəkdə insanlar robotlarla birgə yaşayacaq. Sonuncular əsasən ağır adi işləri icra edəcək. İnsanlar, həmçinin qismən robotlaşacaq.
Bundan başqa, elektron idarəetməyə malik süni orqanlardan aktiv istifadə ediləcək və protezləmə adi əməliyyat olacaq.
İnsan ömrü uzanacaq
Nanorobotlar dərmanları xəstə hüceyrələrə çatdırmaq və ya mikroəməliyyatların həyata keçirilməsi üçün insanın bədəninin daxilinə müdaxilə edəcək. Xüsusi ötürücülər real vaxt rejimində insanın sağlamlıq vəziyyətini skan edərək məlumatı müalicə edən həkimin girişə malik olduğu "bulud" saxlancına ötürəcək. Nəticədə insan ömrü uzanacaq.
Bəşər övladları iş robotları üçün yazılmış proqram təminatını daim təkmilləşdirəcək və İT sənayesində əsas iş istiqaməti avtomatlaşdırılmış sistemlər üçün proqramların hazırlanması olan xeyli şirkət meydana çıxacaq.
İnsanlar avtomatlaşdırılmış "ağıllı" evlərdə yaşayacaq
Bundan başqa, insanlar rahatlıq üçün tamamilə avtomatlaşdırılmış "ağıllı" evlərdə yaşamağa başlayacaq. Belə evlərin idarəetmə proqramı elektrik enerjisi, su, qida və başqa məxaric materiallarının xərcini izləyəcək. İnsan yalnız bank hesabında müvafiq məbləğdə pulun olmasının qayğısına qalacaq.
Bəzi əşyaların istehsalı dayandırılacaq
Gələcəkdə insanlar bir çox gündəlik qayğılardan xilas olacaq, həmçinin bəzi əşyaların istehsalı dayandırılacaq. Günümüzün "3D" çap kimi perspektiv sənayesi istənilən hər şeyi (qab-qacaqdan tutmuş, inşaat bloklarınadək) müstəqil yaratmağa imkan verəcək.
Fərdi kompüterlərə (FK) gəlincə, mütəxəssislər iddia edirlər ki, 2045-ci ilədək istehsaldan tamamilə çıxarıla bilər. FK-nın funksiyalarını təkrarlayacaq xeyli sayda başqa qurğular onu əvəzləyəcək.
Emil Hüseynov
Baxış sayı: 1685
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır