12px13px15px17px
Tarix:15/01/15

ATGTİ-nin İnformasiya texnologiyaları departamenti üçüncü səviyyəli “*.TGT.az” domenlərinin qeydiyyatına başlayıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “TGT.az - Tələbə Gənclər Təşkilatlarının Rəsmi İnternet Resursu” adlı yeni internet resursu yaradılıb və fəaliyyətə başlayıb. İlkin mərhələdə ‪‎Tələbə Gənclər Təşkilatlarına (TGT) resursun üç xidməti təklif olunur.
 
Bunlar “Domain”, “Web Hosting”, “Mail Hosting” xidmətləridir. “WEB Hosting” xidməti çərçivəsində TGT-lərə təqdim olunmuş domen üçün nəzərdə tutulmuş veb serverdə müəyyən yaddaş həcmini təqdim edir.
 
“WEB Hosting” xidməti üçün xüsusi qeydiyyat nəzərdə tutulmayıb və xidmətə qoşulma aidiyyəti domen təqdim olunduqdan sonra avtomatik həyata keçirilir.
 
“Mail Hosting” xidməti çərçivəsində təqdim olunmuş “*.tgt.az veb” seqmentində üçüncü dərəcəli domenlər üçün elektron ünvanlarının yaradılması və inzibatlaşdırılması həyata keçirilir.
 
Hazırda ATGTİ-in İnformasiya texnologiyaları departamenti üçüncü səviyyəli “*.TGT.az” domenlərinin qeydiyyatını yerinə yetirir. Domenlərin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi haqqında müraciətlər ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarından bərabər əsaslarla qəbul edilir və baxılır.
 
 Üçüncü səviyyəli “*.TGT.az” domenlərinin qeydiyyatı və inzibatlaşdırılmaq üçün verilməsi qaydalarına gəlincə, təşkilatın rəhbərliyi departamentə üçüncü səviyyəli “*.TGT.az” domenin qeydiyyata alınması və istifadəyə verilməsi barədə yazılı müraciət edir.
 
 
Müraciətdə üçüncü səviyyəli domenin adı, təşkilatın adı (tam və qısaldılmış şəkildə), təşkilatda bu fəaliyyət istiqamətinə məsul olan şəxsin soyadı, domenin inzibatlaşdırılmasına məsul şəxslərin soyadları, onların əlaqə telefonlarının nömrələri, elektron poçt ünvanları göstərilməlidir:
 
 “Müraciətin departamentə daxil olması barədə məlumat onun daxil olduğu vaxtdan sonrakı bir iş günü ərzində müraciət edən təşkilata göndərilir. Daxil olmuş müraciətə 5 iş günü ərzində baxılır və qəbul edilmiş qərar barədə məktub müraciət edən təşkilata göndərilir. Eyni adlı domenin qeydiyyata alınması barədə eyni iş günündə iki və ya daha çox ərizə daxil olduqda həmin adlı domen, qeydiyyatdan birinci keçmiş müraciət edənə verilir. Üçüncü səviyyəli “*.TGT.az” domeni qeydiyyata alındıqdan sonrakı 60 gün ərzində müraciət edən təşkilat tərəfindən saytın istifadəyə verilməsi istiqamətində tədbir görülməzsə, qeydiyyata alınmış domen ləğv olunur. Bundan sonra müraciət edən təşkilat ümumi əsaslarla subdomenin qeydiyyata alınması barədə təkrar müraciət edə bilər”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1089

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024