12px13px15px17px
Tarix:15/01/15

“WhatsApp”ın sərmayədarları mobil videoçatına sərmayə yatırıblar

“WhatsApp”ın sərmayədarı  “Sequoia Capital” şirkəti İsrailin “Rounds” şirkətinin mobil videoçatına 12 milyon dollar sərmayə yatırıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Samsung Venture” şirkəti də bu texnologiyaya sərmayə yatırıb və bu, “Rounds” şirkətinə 22 milyon dollaradək fond kapitalını artırmağa imkan verəcək. 

Fondun vəsaitləri şirkətin fəaliyyətinin genişləndirilməsinə, əsasən də ABŞ-da yeni işçilərin cəlb edilməsinə və texnologiyanın gələcək inkişafına yönəldiləcək.

"Mobil məlumatlar sahəsində biz aktivik və inanırıq ki, növbəti mərhələdə artıq söhbət ani videoçatlardan və interaktivlikdən gedəcək”, - deyə “Sequoia Capital”ın tərəfdaşı Şmil Levi bildirib.

“Rounds” mobil proqramının 25 milyon istifadəçisi var və onlar oyun oynaya, videoya baxa və videosöhbətlər zamanı foto paylaşa bilərlər.

Şirkət hələ gəlir axtarmır və bu ilə onun əsas məqsədi platformanın yayılması və onun istifadəsinin genişləndirilməsidir. Artıq bundan sonra şirkət gəlirlərin artımını gözləyəcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024