Tarix:15/01/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hökumət qurumlarının məqsədi arzuedilməz kontent yayan resurslara qarşı qəti tədbirlər görməkdir.
Hakimiyyət orqanları “Weixin” (ingilis dilində “WeChat” adlanan) sosial mobil proqramında 17 fərdi səhifə, 24 veb-sayt və saytın 9 kanalını bağlayıblar.
Qeyd edilən “Weixin" akkauntları son iki ay ərzində bağlanılıb. Bundan başqa digər hallar da aşkar edilib. Bu, əsasən dövlət və media adından yanlış məlumatların yayılması, qumar oyunları və ya saxtakarlıqla bağlı xəbərlərin yayılmasıdır.
Ötən ilin payızında Çinin kibertəhlükəsizliyə cavabdeh olan qurumu pornoqrafiyaya qarşı kampaniya çərçivəsində sosial şəbəkələrdə və servislərdə 1,8 milyon akkaunt bağlayıb.
Ötən il Çin hakimiyyəti onlayn məlumatların nə dərəcədə ziyanlı olduğu haqda 11 milyon hesabat alıb.
Noyabr ayında Çinin rəsmi şəxsləri sabitliyi qorumaq üçün internetə nəzarət etməyi tövsiyə ediblər.
Heç kim 1,4 milyard əhaliyə və 632 milyon onlayn istifadəçiyə malik olan Çin bazarını itirmək istəmir. Bununla yanaşı, Çin ölkə xaricində “Great Firewall” adlanan ən mükəmməl onlayn senzura sisteminə malikdir.
Bu sistem “Twitter”, “Facebook”, “YouTube”, “Instagram”, “Snapchat” və “Google” kimi sosial mediaları, həmçinin hüquq müdafiəsi mübarizəçiləri qruplarını və bəzi xarici media agentliyini blok edib.
Aynur Vəliyeva
Çin 50 veb-sayt və sosial media akkauntunu bağlayır
Çin arzuedilməz kontenti və icazəsiz yerləşdirilmiş siyasi xəbərləri ilə seçilən 50 veb-sayt və sosial media akkauntunu bağlayıb.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hökumət qurumlarının məqsədi arzuedilməz kontent yayan resurslara qarşı qəti tədbirlər görməkdir.
Hakimiyyət orqanları “Weixin” (ingilis dilində “WeChat” adlanan) sosial mobil proqramında 17 fərdi səhifə, 24 veb-sayt və saytın 9 kanalını bağlayıblar.
Qeyd edilən “Weixin" akkauntları son iki ay ərzində bağlanılıb. Bundan başqa digər hallar da aşkar edilib. Bu, əsasən dövlət və media adından yanlış məlumatların yayılması, qumar oyunları və ya saxtakarlıqla bağlı xəbərlərin yayılmasıdır.
Ötən ilin payızında Çinin kibertəhlükəsizliyə cavabdeh olan qurumu pornoqrafiyaya qarşı kampaniya çərçivəsində sosial şəbəkələrdə və servislərdə 1,8 milyon akkaunt bağlayıb.
Ötən il Çin hakimiyyəti onlayn məlumatların nə dərəcədə ziyanlı olduğu haqda 11 milyon hesabat alıb.
Noyabr ayında Çinin rəsmi şəxsləri sabitliyi qorumaq üçün internetə nəzarət etməyi tövsiyə ediblər.
Heç kim 1,4 milyard əhaliyə və 632 milyon onlayn istifadəçiyə malik olan Çin bazarını itirmək istəmir. Bununla yanaşı, Çin ölkə xaricində “Great Firewall” adlanan ən mükəmməl onlayn senzura sisteminə malikdir.
Bu sistem “Twitter”, “Facebook”, “YouTube”, “Instagram”, “Snapchat” və “Google” kimi sosial mediaları, həmçinin hüquq müdafiəsi mübarizəçiləri qruplarını və bəzi xarici media agentliyini blok edib.
Aynur Vəliyeva
Baxış sayı: 764
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib