Tarix:16/01/15
Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platformanın istifadəyə verilməsindən sonra Bakı şəhərində qlobal internet resurslarına çıxış sürəti yüksəlmiş, ən böyük yüklənmə saatında, onlayn rejimində abunəçilərin eyni vaxtda qoşulma səviyyəsi imkanlığı 180 minə çatdırılıb.
Yeni platforma qlobal internet şəbəkəsi ilə 100 Gbit/s sürətinə qədər informasiya mübadiləsi aparmaq imkanına malikdir. Platforma avadanlıqları bu sahədə qabaqcıl dünya təcrübəsinə malik şirkətin istehsalıdır.
Qeyd olunur ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin İP v4-dən daha geniş imkana malik IPv6 IP ünvan platformasına keçidini təmin etmək idi ki, bu da artıq öz həllini tapıb.
Hal-hazırda bütün dünyada IP v4 IP ünvan internet resurslarının çatışmazlığı ilə əlaqədar olaraq mərhələli şəkildə IP v4-dən IPv6 protokoluna keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq "Bakinternet" internet provayderi öz platformasının gözlənilən dəyişikliyə hazırlığını artıq təmin edib.
Əlavə olaraq qeyd olunmuşdur ki, BTRİB şəbəkəsində telekommunikasiya və genişzolaqlı xidmətlərə olan tələbatın daha yüksək keyfiyyətlə ödənilməsi məqsədilə yaxın zamanlarda DATA-NET şəbəkəsinin də məlumat ötürmə imkanlığının artırılması, onun genişləndirilməsi nəzərdə tutulub.
RƏVAN
“Baktelekom” DATA-NET şəbəkəsini genişləndirəcək
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "Bakinternet" internet xidmətinin yeni provayder platformasının qurulması artıq başa çatdırılaraq istismara verilməsi təmin edilib.Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platformanın istifadəyə verilməsindən sonra Bakı şəhərində qlobal internet resurslarına çıxış sürəti yüksəlmiş, ən böyük yüklənmə saatında, onlayn rejimində abunəçilərin eyni vaxtda qoşulma səviyyəsi imkanlığı 180 minə çatdırılıb.
Yeni platforma qlobal internet şəbəkəsi ilə 100 Gbit/s sürətinə qədər informasiya mübadiləsi aparmaq imkanına malikdir. Platforma avadanlıqları bu sahədə qabaqcıl dünya təcrübəsinə malik şirkətin istehsalıdır.
Qeyd olunur ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin İP v4-dən daha geniş imkana malik IPv6 IP ünvan platformasına keçidini təmin etmək idi ki, bu da artıq öz həllini tapıb.
Hal-hazırda bütün dünyada IP v4 IP ünvan internet resurslarının çatışmazlığı ilə əlaqədar olaraq mərhələli şəkildə IP v4-dən IPv6 protokoluna keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq "Bakinternet" internet provayderi öz platformasının gözlənilən dəyişikliyə hazırlığını artıq təmin edib.
Əlavə olaraq qeyd olunmuşdur ki, BTRİB şəbəkəsində telekommunikasiya və genişzolaqlı xidmətlərə olan tələbatın daha yüksək keyfiyyətlə ödənilməsi məqsədilə yaxın zamanlarda DATA-NET şəbəkəsinin də məlumat ötürmə imkanlığının artırılması, onun genişləndirilməsi nəzərdə tutulub.
RƏVAN
Baxış sayı: 1097
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı