Tarix:08/06/11
Tədbirin əsas məqsədi informasiya texnologiyalarının inkişaf etməkdə olan ölkələrdəki problemlərinin həlli yollarını müzakirə etməkdir. Komissiyanın 54 komissarından biri olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında informasiya texnologiyalarının inkişafı, ölkəmizin bu istiqamətdə atdığı addımlar barədə ətraflı məlumat vermiş, görülən işlərin nəticələrindən, bu nəticələrin digər ölkələr tərəfindən necə istifadə edilməsindən bəhs etmişdir.
Nazir Azərbaycanda informasiya texnologiyalarının inkişafının sosial və iqtisadi sahələrə müsbət təsirindən, dövlətin bu istiqamətdə apardığı siyasətindən danışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin informasiya texnologiyasının inkişafına xüsusi diqqət yetirməsi və ölkəmizin bu istiqamətdə gördüyü işlərin digər ölkələrə nümunə ola bilməsi diqqətə çatdırılmışdır.
Nazir Ə.Abbasov iclas çərçivəsində bir sıra görüşlər də keçirmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşdə bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda "İnformasiya texnologiyalarının təhsilə təsiri" mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Baş direktor belə bir konfransın Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirmişdir.
Bildirilmişdir ki, Azərbaycanda internet ilə əlaqədar yeni bir beynəlxalq treninq kurslarının təşkil olunması və ya internetlə bağlı savadsızlığın aradan qaldırılması istiqamətində layihənin həyata keçirilməsi məqsədəuyğun olardı. Görüşdə nəzərə çarpdırılmışdır ki, YUNESKO və Azərbaycan arasında ümumi razılıq əldə edilərsə, ölkəmiz həmin layihənin həyata keçirilməsinə başlaya bilər.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture ilə görüşdə bu ilin oktyabr ayında qurumun BMT ilə birgə və YUNESKO-nun iştirakı ilə təşkil olunacaq beynəlxalq sərgi və zirvə toplantısı, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakı məsələsi müzakirə edilmişdir. Ə.Abbasov Azərbaycanın sərgidə böyük milli pavilyon ilə çıxış edəcəyini diqqətə çatdırmışdır. H.Ture informasiya texnologiyalarının inkişafı istiqamətində regionda aparıcı dövlət olan
Azərbaycanın zirvə toplantısında yüksək səviyyədə təmsil olunmasını arzu etmişdir. Nazir bu arzunu Azərbaycan rəhbərliyinə çatdıracağını bildirmişdir.
Ə.Abbasov bir neçə ölkənin nazirləri və müxtəlif şirkətlərin rəhbərləri ilə də görüşlər keçirmişdir. Görüşlərdə informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
YUNESKO-da İKT-nin inkişafı müzakirə edilib
İyunun 6-da YUNESKO-nun mənzil iqamətgahında Birləşmiş Millətlər Təşkilatı Baş katibinin himayədarlığı altında YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə genişzolaqlı internetin gələcək rəqəmsal inkişafda rolunu həyata keçirən lll komissiyanın iclası keçirilmişdir.Tədbirin əsas məqsədi informasiya texnologiyalarının inkişaf etməkdə olan ölkələrdəki problemlərinin həlli yollarını müzakirə etməkdir. Komissiyanın 54 komissarından biri olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında informasiya texnologiyalarının inkişafı, ölkəmizin bu istiqamətdə atdığı addımlar barədə ətraflı məlumat vermiş, görülən işlərin nəticələrindən, bu nəticələrin digər ölkələr tərəfindən necə istifadə edilməsindən bəhs etmişdir.
Nazir Azərbaycanda informasiya texnologiyalarının inkişafının sosial və iqtisadi sahələrə müsbət təsirindən, dövlətin bu istiqamətdə apardığı siyasətindən danışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin informasiya texnologiyasının inkişafına xüsusi diqqət yetirməsi və ölkəmizin bu istiqamətdə gördüyü işlərin digər ölkələrə nümunə ola bilməsi diqqətə çatdırılmışdır.
Nazir Ə.Abbasov iclas çərçivəsində bir sıra görüşlər də keçirmişdir. YUNESKO-nun baş direktoru İrina Bokova ilə görüşdə bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda "İnformasiya texnologiyalarının təhsilə təsiri" mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Baş direktor belə bir konfransın Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirmişdir.
Bildirilmişdir ki, Azərbaycanda internet ilə əlaqədar yeni bir beynəlxalq treninq kurslarının təşkil olunması və ya internetlə bağlı savadsızlığın aradan qaldırılması istiqamətində layihənin həyata keçirilməsi məqsədəuyğun olardı. Görüşdə nəzərə çarpdırılmışdır ki, YUNESKO və Azərbaycan arasında ümumi razılıq əldə edilərsə, ölkəmiz həmin layihənin həyata keçirilməsinə başlaya bilər.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture ilə görüşdə bu ilin oktyabr ayında qurumun BMT ilə birgə və YUNESKO-nun iştirakı ilə təşkil olunacaq beynəlxalq sərgi və zirvə toplantısı, Azərbaycanın bu beynəlxalq tədbirdə iştirakı məsələsi müzakirə edilmişdir. Ə.Abbasov Azərbaycanın sərgidə böyük milli pavilyon ilə çıxış edəcəyini diqqətə çatdırmışdır. H.Ture informasiya texnologiyalarının inkişafı istiqamətində regionda aparıcı dövlət olan
Azərbaycanın zirvə toplantısında yüksək səviyyədə təmsil olunmasını arzu etmişdir. Nazir bu arzunu Azərbaycan rəhbərliyinə çatdıracağını bildirmişdir.
Ə.Abbasov bir neçə ölkənin nazirləri və müxtəlif şirkətlərin rəhbərləri ilə də görüşlər keçirmişdir. Görüşlərdə informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Baxış sayı: 2241
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı