Kəskin hava şəraiti ATS-lərin fəaliyyətinə təsir göstərə bilərmi?
Havaların kəskin soyuması zamanı elektron stansiyaların işində hər hansı bir fasilənin yaranması mümkün deyil. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, elektron ATS-lər havaların kəskin istiləşməsi zamanı dayana bilər. “Bunun baş verməməsi üçün avadanlıq yerləşdirilən otaqlar mütləq sərin olmalıdır. EATS-lər işləyərkən orada kəskin istilik yaranır, onun yerləşdiyi otaq da isti olduqda kəskin isti müşahidə olunur ki, bu zaman stansiyanın fəaliyyətində problemlər dayanır”.
"Aztelekom" İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, bir neçə il öncə müşahidə edilən şaxtalı havalarda belə stansiyaların fəaliyyəti dayanmayıb. “Bu qış havalar elə də soyuq keçmir. Mənfi dərəcədə belə stansiyalar işləyir və bu sahədə hər hansı problem yaşanmayıb”.
Z.Vəliyev, ümumiyyətlə, soyuq şaxtalı havaların rabitə sahəsinə heç bir mənfi təsirinin olmadığını deyib. “Kəskin istilərdən fərqli olaraq soyuq havalarda baş verən qəzaların aradan qaldırılması bir qədər çətin olur. Bu da quyuların donması və dirəklərin sürüşkən, hava rabitə xətlərinin qarla örtülməsi ilə bağlıdır”.
Qeyd edək ki, rabitə sahəsinin payız və qış mövsümünə hazırlıqla əlaqədar tərtib edilən tədbirlər planının icrası uğurla həyata keçirildiyindən bu sahədə hər hansı problem yaşanmayıb.
RƏVAN
Baxış sayı: 792
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır