Tarix:16/01/15
Sənədə əsasən, komissiya Lüksemburq tərəfindən “Amazon” şirkətinə edilən vergi güzəştlərinin Avropa İttifaqı (Aİ) qanunvericiliyini pozması ilə bağlı ilkin qərar çıxarıb.
Vergi qanunlarının pozulması ilə bağlı iş Aİ-nin antiinhisar tənzimləyici orqanının “Amazon”un törəmə “Amazon EU Sarl” şirkətini transfert qiymətqoyma vasitəsilə vergilər ödəməkdə şübhəli bildiyi 2003-cü ildə başlayıb. O zaman “Amazon” və Lüksemburq Maliyyə Nazirliyi onlayn pərakəndə satış mağazasına xüsusi vergi rejiminin verilməsini inkar edib.
Araşdırmaların nəticələri ilə bağlı komissiya Lüksemburqdan “Amazon”dan ödənilməyən vergi məbləğinin hamısının tutulmasını tələb edə bilər.
Aİ həmçinin “Apple”, “Starbucks” və “Fiat” şirkətləri ilə bağlı vergi araşdırmaları aparır. Araşdırmaların aparılması üçün əsas şirkətlərə müvafiq olaraq İrlandiya, Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsidir.
Məlumat üçün bildirək ki, dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan “Amazon” ABŞ-dan kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar çatdırır.
2014-cü ilin üçüncü rübündə şirkətin xalis itkisi 437 milyon dollar təşkil edib, satış həcmi 20,58 milyard dolları ötüb - “TASS” yazır.
Avropa Komissiyası internet mağazasını qeyri-qanuni maliyyə yardımı almaqda şübhəli bilir
Avropa Komissiyası “Amazon” internet mağazasını Lüksemburqda qeyri-qanuni maliyyə yardımı almaqda şübhəli bilir. Bu barədə “The Wall Street Journal” nəşri komissiyanın sənədlərinə istinadən məlumat verib.Sənədə əsasən, komissiya Lüksemburq tərəfindən “Amazon” şirkətinə edilən vergi güzəştlərinin Avropa İttifaqı (Aİ) qanunvericiliyini pozması ilə bağlı ilkin qərar çıxarıb.
Vergi qanunlarının pozulması ilə bağlı iş Aİ-nin antiinhisar tənzimləyici orqanının “Amazon”un törəmə “Amazon EU Sarl” şirkətini transfert qiymətqoyma vasitəsilə vergilər ödəməkdə şübhəli bildiyi 2003-cü ildə başlayıb. O zaman “Amazon” və Lüksemburq Maliyyə Nazirliyi onlayn pərakəndə satış mağazasına xüsusi vergi rejiminin verilməsini inkar edib.
Araşdırmaların nəticələri ilə bağlı komissiya Lüksemburqdan “Amazon”dan ödənilməyən vergi məbləğinin hamısının tutulmasını tələb edə bilər.
Aİ həmçinin “Apple”, “Starbucks” və “Fiat” şirkətləri ilə bağlı vergi araşdırmaları aparır. Araşdırmaların aparılması üçün əsas şirkətlərə müvafiq olaraq İrlandiya, Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsidir.
Məlumat üçün bildirək ki, dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan “Amazon” ABŞ-dan kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar çatdırır.
2014-cü ilin üçüncü rübündə şirkətin xalis itkisi 437 milyon dollar təşkil edib, satış həcmi 20,58 milyard dolları ötüb - “TASS” yazır.
Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib