Tarix:17/01/15
“Krusell” hər bir model üçün şirkətdən sifariş edilmiş aksessuarların sayı haqda məlumatlara əsasən hesablama aparır. Statistika dünyanın 70-dən çox ölkəsi üzrə toplanılır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə üçüncü rübün əvvəlində təqdim edilmiş “iPhone 6” ən populyar smartfon adlandırılıb.
“Sony Xperia Z2” modeli reytinqdə ikinci pilləni tutub. Bu aparat Braziliyada futbol üzrə dünya çempionatında yapon istehsalçısının reklam üzü olub ki, bu da “Xperia Z2” modelinə tələbatı artırıb.
“Sony” şirkətinin “Xperia Z1 Compact” qurğusu ötən ilin ən populyar smartfonları arasında üçüncü olub.
“Samsung Galaxy S5” qabaqcıl smartfonu siyahıda dördüncü pilləni tutub. “Sony”nin “Xperia Z3 Compact” və “Xperia Z3” modelləri növbəti pillələrdə qərarlaşıb.
“Apple iPhone 6 Plus” və “iPhone 5” smartfonları müvafiq olaraq reytinqdə 7 və 8-ci pillələri tutub.
Emil Hüseynov
2014-cü ilin ən çox satılan smartfonları bəlli olub
İsveçin portativ elektronika üçün çexol istehsalçısı “Krusell” ənənəvi ən çox satılan smartfon reytinqini dərc edib. Şirkət dekabr üzrə nəticələrini təqdim edib.“Krusell” hər bir model üçün şirkətdən sifariş edilmiş aksessuarların sayı haqda məlumatlara əsasən hesablama aparır. Statistika dünyanın 70-dən çox ölkəsi üzrə toplanılır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə üçüncü rübün əvvəlində təqdim edilmiş “iPhone 6” ən populyar smartfon adlandırılıb.
“Sony Xperia Z2” modeli reytinqdə ikinci pilləni tutub. Bu aparat Braziliyada futbol üzrə dünya çempionatında yapon istehsalçısının reklam üzü olub ki, bu da “Xperia Z2” modelinə tələbatı artırıb.
“Sony” şirkətinin “Xperia Z1 Compact” qurğusu ötən ilin ən populyar smartfonları arasında üçüncü olub.
“Samsung Galaxy S5” qabaqcıl smartfonu siyahıda dördüncü pilləni tutub. “Sony”nin “Xperia Z3 Compact” və “Xperia Z3” modelləri növbəti pillələrdə qərarlaşıb.
“Apple iPhone 6 Plus” və “iPhone 5” smartfonları müvafiq olaraq reytinqdə 7 və 8-ci pillələri tutub.
Emil Hüseynov
Baxış sayı: 1576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır