12px13px15px17px
Tarix:19/01/15

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

“Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərin sayı durmadan artır.
 
Hazırda əksər dövlət qurumları portala qoşularaq elektron xidmətlərini istifadəçilərin ixtiyarına verib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar,  İqtisadiyyat və Sənaye, Vergilər, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Səhiyyə, Nəqliyyat, Gənclər və İdman, Müdafiə Sənayesi nazirlikləri, Qiymətli Kağızlar üzrə, Şəhərsalma və Arxitektura, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə, Gömrük, Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri,  Ailə, Qadın və Uşaq Problemləri üzrə, Statistika, Diasporla İş üzrə, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, Dövlət Sosial Müdafiə Fondu, Tələbə Qəbulu üzrə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə dövlət komissiyaları,  Mərkəzi Seçki Komissiyası, Miqrasiya, Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətləri, Müəllif Hüquqları, Satınalmalar üzrə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentlikləri, Dövlət Dəniz Administrasiyası, Milli Arxiv İdarəsi, Baş Prokurorluq, “Azərsu”, “Azərenerji” və “Meliorasiya və su təsərrüfatı” Açıq Səhmdar cəmiyyətləri portala qoşulub.
 
Portalda qurumların 405 e-xidməti yerləşdirilib.
 
Lakin Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda adı olan 5 dövlət qurumu hələ də portala qoşulmayıb. Bunlar Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət Mülki Aviasiya Administrasiyasıdır.
 
CAHANGİR
 
 



Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024