Tarix:21/01/15
Komissarın fikrincə, bu tədbir Avropada vahid rəqəmli bazarın yaradılması üzrə planın tərkib hissəsi ola bilər. Bununla yanaşı, o qeyd edib ki, məsələ ilə bağlı son qərar hələ ki qəbul olunmayıb. Aİ nümayəndəsi onu da vurğulayıb ki, hazırda Aİ informasiya texnologiyaları seqmentində geri qalır, lakin vəziyyəti investisiya qoyuluşu və rəqəmli bazarın bütün iştirakçıları üçün vahid qaydalar yaratmaqla dəyişmək olar.
“Verginin tətbiqi variantlardan biridir və son qərar hələ ki qəbul edilməyib”, - o bildirib. Aİ təmsilçisi həmçinin əlavə edib ki, Avropa Komissiyasının Aİ-nin rəqəmli bazarında islahatların aparılması ilə bağlı planı mayda açıqlanacaq.
G.Ettinger bəyan edib ki, bu məsələdə Brüsselin məqsədi Aİ ərazisində vahid rəqəmli bazarın yaradılmasından ibarətdir. Onun qənaətinə görə, hazırda ayrı-ayrılıqda fəaliyyət göstərən 28 bazar investorlar üçün cəlbedici deyil. Bundan başqa, indiki vəziyyət “start up”ların inkişafına mane olur, yeni iş yerləri açmağa imkan vermir və sadə istifadəçilərə mənfi təsir göstərir.
Bundan əlavə, Avropa Komissiyasının nümayəndəsi Aİ ərazisində fəaliyyət göstərən ABŞ şirkətlərini tənqid edib. Onun sözlərinə görə, şirkətlər istifadəçi məlumatlarının mühafizəsinə yetirincə diqqət yetirməyərək daha çox belə məlumat əldə etməyə çalışırlar. Problemi Avropa üçün fərdi məlumatların mühafizəsini lazımi səviyyədə təmin edəcək vahid qaydaların işlənməsi həll edə bilər, - "NEWSru” yazır.
Avropa İttifaqı ABŞ internet şirkətinə vergi tətbiq edə bilər
Avropa İttifaqı (Aİ) “Google” və ABŞ-ın digər şirkətlərinin fəaliyyətinə vergi tətbiq edilə biləcəyini istisna etmir. Bu barədə Aİ-nin rəqəmli iqtisadiyyat üzrə komissarı Günter Ettinger deyib.Komissarın fikrincə, bu tədbir Avropada vahid rəqəmli bazarın yaradılması üzrə planın tərkib hissəsi ola bilər. Bununla yanaşı, o qeyd edib ki, məsələ ilə bağlı son qərar hələ ki qəbul olunmayıb. Aİ nümayəndəsi onu da vurğulayıb ki, hazırda Aİ informasiya texnologiyaları seqmentində geri qalır, lakin vəziyyəti investisiya qoyuluşu və rəqəmli bazarın bütün iştirakçıları üçün vahid qaydalar yaratmaqla dəyişmək olar.
“Verginin tətbiqi variantlardan biridir və son qərar hələ ki qəbul edilməyib”, - o bildirib. Aİ təmsilçisi həmçinin əlavə edib ki, Avropa Komissiyasının Aİ-nin rəqəmli bazarında islahatların aparılması ilə bağlı planı mayda açıqlanacaq.
G.Ettinger bəyan edib ki, bu məsələdə Brüsselin məqsədi Aİ ərazisində vahid rəqəmli bazarın yaradılmasından ibarətdir. Onun qənaətinə görə, hazırda ayrı-ayrılıqda fəaliyyət göstərən 28 bazar investorlar üçün cəlbedici deyil. Bundan başqa, indiki vəziyyət “start up”ların inkişafına mane olur, yeni iş yerləri açmağa imkan vermir və sadə istifadəçilərə mənfi təsir göstərir.
Bundan əlavə, Avropa Komissiyasının nümayəndəsi Aİ ərazisində fəaliyyət göstərən ABŞ şirkətlərini tənqid edib. Onun sözlərinə görə, şirkətlər istifadəçi məlumatlarının mühafizəsinə yetirincə diqqət yetirməyərək daha çox belə məlumat əldə etməyə çalışırlar. Problemi Avropa üçün fərdi məlumatların mühafizəsini lazımi səviyyədə təmin edəcək vahid qaydaların işlənməsi həll edə bilər, - "NEWSru” yazır.
Baxış sayı: 610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır