Tarix:21/01/15
Müzakirələr AMEA Fizika İnstitutunda (Fİ) təşkil ediləcək seminar çərçivəsində baş tutacaq.
Belə ki, fevral ayının 4-də Fİ-də İslam Dünyası Elmlər Akademiyasının Həqiqi Üzvü, ODTU-nun Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin professoru, Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi Laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru Həmdulla Mehrabovun seminarı keçiriləcək. Seminar “İntermetal ve metal amorf nanoərintilərin struktur-xassə əlaqələrinin modelləşdirilməsi, nəzəri metodlarla hesablanması, mexaniki nanoərintiləmə metodu ilə sintezi və xarakterizə olunması” mövzusuna həsr olunub.
AMEA Radiasiya Problemləri İnstitutundan bildirilib ki, seminarda H.Mehrabovun laboratoriyasinda həyata keçirilən layihələr, o cümlədən “Metallararası birləşmələr və ya intermetalliklər”; “Metal əsaslı iri və həcmli amorf və nanostrukturlu materiallar”; “Hidrogen udan və maqnetik soyutma materialları”; “Nanoərintilər - yeni qrup üstün xassəli materiallar” kimi layihələr haqqında qısa məlumat veriləcək. Eyni zamanda Türkiyədə elmi proyektlərə qrantların verilmə qaydaları və Türkiyə-Azərbaycan birgə layihələrinin hazırlanması və yerinə yetirilməsi prinsipləri haqqında fikir mübadiləsi aparılacaq.
Seminarda nanomaterialların sintez edilməsi metodları, tətbiq sahələri, mövcud imkanlar və problemlər haqda da məlumatların verilməsi nəzərdə tutulur. Nanoərintilər - yeni qrup üstün xassəli materiallar sahəsində, Fe-əsaslı nanoərintilərin qərarlılıq, geometriya, segregasiya, atomik nizamlanması, ərimə, metallik maye-şüşə faza keçidi, atom səviyyəsində xətalar (anti-faza sərhədləri v. b.) kimi xassələri, nanoərintilərin kompozisiya, temperatur və zərərciyin ölçüsündən asılı olaraq nəzəri metodlarla (psevdo-potensial, işarətlənmiş atom modeli (EAM), ab-initio, tərsinə molekulyar dinamik potensiallar yaxınlaşması, molekulyar dinamik (MD), “Monte Carlo” (MC) və hibrid MD/MC hesablama üsulları) modelləşdirilməsi və hesablanması nəticəsində əldə olunan nəticələr təqdim ediləcək. Fe-əsaslı real nanoərintilərin eksperimental metodlarla sintez edilməsi və xarakterizə olunması (DSC, XRD, TEM, SEM, VSM) nəticəsində əldə olunan nəticələr struktur-xassə əlaqələri baxımından qiymətləndiriləcək.
Qeyd edək ki, H.Mehrabov 1998-ci ildə türk həmkarları ilə bərabər, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi Laboratoriyasını qurub.
Həqiqət İSABALAYEVA
Nanostrukturlu materiallarla bağlı Türkiyə-Azərbaycan birgə layihələrinin hazırlanması müzakirə olunacaq
Azərbaycanda Türkiyə Orta Doğu Texniki Universitetinin (ODTU) Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi Laboratoriyasının (YTMDİL) təcrübəsi ilə bağlı müzakirələr aparılacaq.Müzakirələr AMEA Fizika İnstitutunda (Fİ) təşkil ediləcək seminar çərçivəsində baş tutacaq.
Belə ki, fevral ayının 4-də Fİ-də İslam Dünyası Elmlər Akademiyasının Həqiqi Üzvü, ODTU-nun Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin professoru, Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi Laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru Həmdulla Mehrabovun seminarı keçiriləcək. Seminar “İntermetal ve metal amorf nanoərintilərin struktur-xassə əlaqələrinin modelləşdirilməsi, nəzəri metodlarla hesablanması, mexaniki nanoərintiləmə metodu ilə sintezi və xarakterizə olunması” mövzusuna həsr olunub.
AMEA Radiasiya Problemləri İnstitutundan bildirilib ki, seminarda H.Mehrabovun laboratoriyasinda həyata keçirilən layihələr, o cümlədən “Metallararası birləşmələr və ya intermetalliklər”; “Metal əsaslı iri və həcmli amorf və nanostrukturlu materiallar”; “Hidrogen udan və maqnetik soyutma materialları”; “Nanoərintilər - yeni qrup üstün xassəli materiallar” kimi layihələr haqqında qısa məlumat veriləcək. Eyni zamanda Türkiyədə elmi proyektlərə qrantların verilmə qaydaları və Türkiyə-Azərbaycan birgə layihələrinin hazırlanması və yerinə yetirilməsi prinsipləri haqqında fikir mübadiləsi aparılacaq.
Seminarda nanomaterialların sintez edilməsi metodları, tətbiq sahələri, mövcud imkanlar və problemlər haqda da məlumatların verilməsi nəzərdə tutulur. Nanoərintilər - yeni qrup üstün xassəli materiallar sahəsində, Fe-əsaslı nanoərintilərin qərarlılıq, geometriya, segregasiya, atomik nizamlanması, ərimə, metallik maye-şüşə faza keçidi, atom səviyyəsində xətalar (anti-faza sərhədləri v. b.) kimi xassələri, nanoərintilərin kompozisiya, temperatur və zərərciyin ölçüsündən asılı olaraq nəzəri metodlarla (psevdo-potensial, işarətlənmiş atom modeli (EAM), ab-initio, tərsinə molekulyar dinamik potensiallar yaxınlaşması, molekulyar dinamik (MD), “Monte Carlo” (MC) və hibrid MD/MC hesablama üsulları) modelləşdirilməsi və hesablanması nəticəsində əldə olunan nəticələr təqdim ediləcək. Fe-əsaslı real nanoərintilərin eksperimental metodlarla sintez edilməsi və xarakterizə olunması (DSC, XRD, TEM, SEM, VSM) nəticəsində əldə olunan nəticələr struktur-xassə əlaqələri baxımından qiymətləndiriləcək.
Qeyd edək ki, H.Mehrabov 1998-ci ildə türk həmkarları ilə bərabər, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf etdirilməsi Laboratoriyasını qurub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 905
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır