12px13px15px17px
Tarix:21/01/15

Azərbaycanda ilk dəfə olaraq ABB-nin müştəriləri elektron arayışı xüsusi terminallar vasitəsilə də ala biləcəklər

Artıq Azərbaycan Beynəlxalq Bankı da bir çox qabaqcıl banklar kimi kredit əməliyyatlarının aparılması və digər bank işlərinin sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başlayıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə,  MHM və  Azərbaycan Beynəlxalq Bankının birgə fəaliyyəti nəticəsində vətəndaşlarımız  “Elektron hökumət” (www.e-gov.az) portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla bərabər, bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hal-hazırda bu xidmət bankın Mərkəzi, Səbayel, Premyer və Yasamal filiallarında istifadəyə verilib.
 
Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bankı tərəfindən tətbiq edilib.
 
CAHANGİR
 



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024