Tarix:21/01/15
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə 20 yanvar 2015-ci il tarixində ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir.
“Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən “Megacom” və BİTEL mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb”, - deyə H. Hacıyev bildirib.
RƏVAN
Qırğızıstan şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmasını dayandırdı
Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində “O!” ticarət markası adı altında Qırğızıstan Respublikasında fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə 20 yanvar 2015-ci il tarixində ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir.
“Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən “Megacom” və BİTEL mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb”, - deyə H. Hacıyev bildirib.
RƏVAN
Baxış sayı: 646
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır