Tarix:22/01/15
Yanvarın 24-dək davam edəcək yubiley toplantısının mövzusu “Yeni qlobal kontekst” adlanır. Forumun iştirakçıları inkişaf və stabillik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, yubiley forumu rekord sayda qonaqları əhatə edəcək. Belə ki, toplantıya ümumilikdə 140 ölkənin 2500-dən çox biznes, ictimai təşkilat, KİV nümayəndələri qatılıb. Təşkilatçılar tədbirlərdə akademik dairələrin, o cümlədən 13 Nobel mükafatı laureatının iştirakına xüsusi önəm verib. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr edilmiş debatlar daxil edilib. Forum ərəfəsində onun banisi və sədri Klaus Şvab yubiley görüşünün olduqca vacib olduğunu bildirərək, əhəmiyyətini belə şərh edib:
“Məncə, 2015-ci ildə biz yolayrıcındayıq. Bir tərəfdə inteqrasiyanı dağıdan, nifrətə, fundamentalizmə aparan, digər tərəfdə isə həmrəylik və əməkdaşlığa aparan yol var.”
Forumdan gözləntilərə gəldikdə isə K.Şvab bildirib:
“Biz başa düşməliyik ki, yeni dünyada yaşayırıq və qlobal çağırışların həllini bu yeni kontekstin çərçivəsində tapmalıyıq. Forumda dünyanın praktiki olaraq bütün münaqişə tərəflərinin iştirakını nəzərə alsaq, toplantıda inamın möhkəmləndirilməsi və hətta ola bilsin ki, barışıq tədbirləri baxımından mühüm nəticələr əldə etmək olar.”
Məlum olduğu kimi, Ümumdünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün həmçinin Davos Forumu adlandırılır. Ümumdünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında nümayiş etdirilir. 3-4 gün davam edən Ümumdünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur.
Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.
Hər il müxtəlif devizlər altında təşkil olunan forumlar ilin ilk ayında- yanvarda keçirilir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir. Məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Son on ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən Forumda iştirak edib.
Ənənəvi keçirilən Ümumdünya İqtisadi Forumu hər bir ölkənin ötən bir ildə əldə etdiyi uğurların təqdimatında və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ortaya qoyulacaq təcrübəyə diqqət yetirilməsində əhəmiyyətli rol oynayır.
Davos İqtisadi Forumunun “Yeni qlobal kontekst” mövzusunda 45-ci toplantısı öz işinə başlayıb
Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və dünyanı maraqlandıran qlobal problemlərin müzakirəsinə həsr olunan Dünya İqtisadi Forumunun 45-ci toplantısı öz işinə başlayıb.Yanvarın 24-dək davam edəcək yubiley toplantısının mövzusu “Yeni qlobal kontekst” adlanır. Forumun iştirakçıları inkişaf və stabillik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, yubiley forumu rekord sayda qonaqları əhatə edəcək. Belə ki, toplantıya ümumilikdə 140 ölkənin 2500-dən çox biznes, ictimai təşkilat, KİV nümayəndələri qatılıb. Təşkilatçılar tədbirlərdə akademik dairələrin, o cümlədən 13 Nobel mükafatı laureatının iştirakına xüsusi önəm verib. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr edilmiş debatlar daxil edilib. Forum ərəfəsində onun banisi və sədri Klaus Şvab yubiley görüşünün olduqca vacib olduğunu bildirərək, əhəmiyyətini belə şərh edib:
“Məncə, 2015-ci ildə biz yolayrıcındayıq. Bir tərəfdə inteqrasiyanı dağıdan, nifrətə, fundamentalizmə aparan, digər tərəfdə isə həmrəylik və əməkdaşlığa aparan yol var.”
Forumdan gözləntilərə gəldikdə isə K.Şvab bildirib:
“Biz başa düşməliyik ki, yeni dünyada yaşayırıq və qlobal çağırışların həllini bu yeni kontekstin çərçivəsində tapmalıyıq. Forumda dünyanın praktiki olaraq bütün münaqişə tərəflərinin iştirakını nəzərə alsaq, toplantıda inamın möhkəmləndirilməsi və hətta ola bilsin ki, barışıq tədbirləri baxımından mühüm nəticələr əldə etmək olar.”
Məlum olduğu kimi, Ümumdünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün həmçinin Davos Forumu adlandırılır. Ümumdünya İqtisadi Forumu qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab olunur. Bunun əsas səbəbi iqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi danışıqlar üçün əlverişli mühitin təşkil olunmasıdır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında nümayiş etdirilir. 3-4 gün davam edən Ümumdünya İqtisadi Forumu gün ərzində müxtəlif mövzular üzrə çoxsaylı sessiyalara bölünür və iclaslarda iştirak nümayəndələrin şəxsi seçimindən daha çox təşkilatçı tərəfindən dəvət əsasında təmin olunur.
Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır.
Hər il müxtəlif devizlər altında təşkil olunan forumlar ilin ilk ayında- yanvarda keçirilir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir. Məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında-potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Son on ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən Forumda iştirak edib.
Ənənəvi keçirilən Ümumdünya İqtisadi Forumu hər bir ölkənin ötən bir ildə əldə etdiyi uğurların təqdimatında və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ortaya qoyulacaq təcrübəyə diqqət yetirilməsində əhəmiyyətli rol oynayır.
Baxış sayı: 821
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır